Peyvənddən sonrakı febril qıcolmalar inkişaf qüsurları ilə əlaqədar deyil

Alimlər peyvənddən sonrakı febril qıcolmaların uşağın inkişafına təsiri olmadığını sübüt ediblər. Belə ki, bir qrup Avstraliya alimi 222 uşaq üzərində tədqiqat aparıb. 30 ayına qədər 62 uşaq peyvənddən sonra 2 həftə ərzində febril qıcolmadan əziyyət çəkib, 30 ayına qədər 70 uşaqda febril qıcolma olub, amma vaksinasiya ilə əlaqədar olmayıb. 90 kontrol uşaqda heç bir zaman febril qıcolma olmayıb. 

Febril qıcolmadan 12-24 ay sonra bu uşaqlar elmi-biliklər, dil, motorika və sosial- emosional vərdişlər sahəsində müayinə olunublar. Valideynlər uşaqların davranışları barəsində xüsusi anket doldurublar. Kontrol qrupda 12-42 ay arası uşaqlar müayinə olunublar. Nəticədə 3 qrup uşaq arasında heç bir davranış və inkişaf fərqliliyi qeyd olunmadı. Hətta, ağır qıcolma uşağın koqnitiv funksiyasına təsir etməyir. 

Vaksinasiyadan sonra yarana biləcək febril qicolma valideynlərdə bəzi narahatlıqlara  səbəb olur və bu, valideynlərin peyvənddən imtinası ilə nəticələnir. Artıq valideynlər biləcəklər ki, vaksinasiyadan sonra baş verən febril tutma uşaq inkişafına heç bir mənfi təsir göstərmir. Gələcəkdə bu elmi araşdırmanı daha geniş əhali üzərində aparılması nəzərdə tutulur. 

 

Mənbə 

  1. AAP News  American Academy of Pediatrics  healthychildren .org