Hər bir qadının həyatında hamiləlik dövr&u...
ABŞ-ın Milli Psixi Sağlamlıq İnstitutunun araşdırmalarına görə, ABŞ-da 25% 18 yaş və yuxarı, 13% isə 8-15 yaş arası əhaliyə psixi pozulmalar diaqnozu qoyulur. Depressiya 10% görülür, hiperaktivlik 5-15%, autistizm spektr pozuntusu 68 uşaqdan birində, bipolyar pozuntu 2-3%, şizofreniya 1 %, narkomaniya 10% təşkil edir. Psixi xəstəlik diaqnozunu təstiqləyən genetik test mövcud deyil. Əgər ailə üzvlərində psixi xəstəlik mövcuddursa, bu zaman ehtimal var ki, insan psixi xəstə ola bilər. Bəzən ailə üzvlərində psixi xəstəlik müxtəlif ağırlıq dərəcəsində ola bilər.
Psixi pozulmaların səbəblərı
Əksər psixi pozulmalar genetik faktorların ətraf mühitlə birgə təsiri nəticəsində meydana gəlir. Buna çoxfaktorlu irsi ötürülmə deyilir.
Ətraf mühitin təsir faktorları
Travma: uşaq vaxtı seksual, fiziki, emosional təcavüz, ailədaxili stres yeniyetmə dövründə psixi pozulmaların yaranma ehtimalını artırır.
Emosional zərər: məktəbdə emosional travmalar, digər uşaqlar tərəfindən qorxudulmaq, alçaldılmaq və s .
Psixotrop maddələrin istifadəsi: tütün, spirtli içkilər və narkotik maddələrin bətndaxili və körpə vaxtı təsiri böyüyəndə psixi pozulmalara və asılılığa gətirib çıxarır.
Təkbaşına ətraf mühit faktoru təsirsiz olur. Əsas rolu genetik faktorlar oynayır.
Genetik faktorlar
Epigenetik requlyasiya: Epigenetika insanın ətraf mühitə qarşı reaksiyasına təsir edir. Epigenetika daimi deyil, yəni genin fəaliyyəti gah artır, gah da inaktiv olur.
Genetik polimorfizm: Bizim DNT-in bu dəyişiklikləri bizi unikal edir . DNT-də bir neçə polimorfizm və ətraf mühitin təsiri birlikdə psixi pozulmanın təməlini qoyur. Psixi pozulmaların səbəbləri qəlizdir və müxtəlif genlərin, ətraf mühit faktorlarının qarşılıqlı təsirini tələb edir.
AAP healthychildren.org 21/11/2015
Fikriniz
0
0