Hər bir qadının həyatında hamiləlik dövr&u...
Remdesivir güclü virus əleyhinə aktivliyə malik RNT-polimeraza inhibitorudur.
Saturasiyası 94% və aşağı, radioloji pnevmoniya təstiqlənən hospitalizasiya olmuş SARS-Cov-2 pasientlər üzərində tədqiqat aparılıb. Pasientlərə vena daxili 5 və ya 10 gün remdesivir yeridildi. Bütün pasientlər ilk gün 200 mq, sonrakı günlər 100 mq gündə 1 dəfə remdesivir aldılar. İlk kliniki status 14-cü gündə 7 ballıq şkala ilə qiymətləndirildi. 397 pasient müalicəyə başlayaraq (200 pasient 5 gün ərzində, 197 pasient 10 gün ərzində) remdesivir aldilar.
5 günlük qrupdakı pasientlərin klinik statusu 10 günlük qrupdakı pasientlərdən daha yaxşı idi. 14 gündə kliniki yaxşılaşma 2 bal və daha artıq oldu (64%), 5 günlük qrupun pasientlərində və 54% 10 günlük qrupda müşahidə olundu. Ən çox rast gəlinən yan təsir ürəkbulanma oldu (9% pasientdə).
Nəticə: Bu tədqiqat 5 günlük və 10 günlük kursla remdesivir alan ağır, ağciyərlərin süni ventilyasiyasını tələb etməyən COVID-19 pasientlərdə heç bir fərq olmadığını sübut etdi. Yəni yaxşılaşma hər iki qrupda müşahidə edildi.
Mənbə
Remdesivir for 5 or 10 Days in Patients with Severe Covid-19. The NEW ENGLAND journal pf MEDICINE, Djeyson D.Goldman et al. 5.11.2020
Fikriniz
0
0