Respirator sinsitial virusu (RSV) 

Uşaqların 90%-i 2 yaşa qədər mütləq respirator sinsitial virusu ilə (RSV) xəstələnir. RSV yuxarı tənəffüs yolları iltihabına, həmçinin bronxiolitə səbəb ola bilər. Uşaqlarda bronxiolitin əsas səbəbi RSV-dir. 6 aydan kiçik xroniki ağciyər, xroniki ürək xəstəlikləri olan, astma xəstələri və immun sistemi zəif olan həmçinin yarımçıq doğulan uşaqlar risk qrupudur.

Xəstəlik adətən kəskin respirator virus infeksiyasına xas olan simptomlarla başlayır, burun axıntısı, burun tutulması, hərarətin yüksəlməsi, bir neçə gün sonra öskürək, xışıltı, tənginəfəslik, iştahasızlıq kimi simptomlar meydana çıxır. Xüsusən, 1 yaşa qədər bronxiolit yaş artdıqca yalnız yuxarı tənəffüs yolları iltihabı ilə məhdudlaşır. Risk qrupuna aid olan uşaqlarda xəstəlik daha ağır gedişata malik olur.

Müalicə

Yuxarı və aşağı tənəffüs yollarının infeksiyalarında müalicə əsasən simptomatikdir. Ana südü ilə qidalanma tövsiyə olunur. Əgər təngnəfəslik varsa, intoksikasiya qeyd olunursa və maye itkisi varsa, uşağı hospilatizasiya etmək lazımdır. Peyvəndi yoxdur.

Palivizumab RSV immunoqlobulini olaraq risk qrupundan hesab edilən aşağıdakı uşaqlara profilaktik vurulur:

  1. 29 həftədən kiçik və ya çəkisi 1000 qramın altında olan uşaqlar

  2. Xroniki ağciyər xəstəlikləri olan uşaqlar

  3. Hemodinamikanın pozulması ilə gedən ürək qüsurları

 

Hansı aylarda vurulmalıdır?

Oktyabr-fevral və ya noyabr-mart ayları arasında toplam 5 ay olmaqla aylıq 15 mq/kq dozada əzələ daxilinə vurulur. Palivizumabın beynəlxalq adı synagisdir.

 

Mənbə 

  1. Healthychildren.org   AAP