Normal sidik ifrazına nəzarət edilməsi adətən 3...
Endometrioz qadınlarda uşaqlığın daxili səthini örtən endometrium təbəqəsinin uşaqlıqdan kənar yerlərdə yerləşməsidir. Xəstəliyin dəqiq səbəbi bilinməsə də, bu barədə bir çox nəzəriyyələr irəli sürülmüşdür. Bunlardan ən çox diqqət çəkənlər isə aşağıdakılardır:
Genetik faktorlar nəzəriyyəsi – ailəsində endometrioz olan xəstələr daha çox risk qrupuna daxildirlər.
Tərs axım mensturasiya nəzəriyyəsi – aybaşı qanaxması ilə birgə uşaqlığın daxili səthindəki hüceyrələr vagina yoluyla bədəndən kənar edilir. Bəzən az miqdarda geriyə doğru axım baş verir, uşaqlığın daxili səthini örtən hüceyrələr uşaqlıq boruları ilə qarın boşluğuna doğru axır və buradakı orqanlarda yerləşərək endometrioza səbəb olur.
Qan və limfa vasitəsiylə yayılma, immun sistemin fəaliyyətindəki çatışmazlıqlar və bir çox nəzəriyyələrin mövcud olmasına baxmayaraq heç bir nəzəriyyə xəstəliyin yaranma səbəbini tam açıqlaya bilmir.
Endometriozun əlamətləri nələrdir?
Endometriozlu xəstələrin əsas şikayəti mensturasiya zamanı baş verən ağrılarıdır. Zaman keçdikcə ağrılar şiddətini artıra bilər. Xəstəliyin digər çox yayılmış əlamətləri cinsi əlaqə zamanı ağrılar, sidiyə çıxma və ya defekasiya (nəcisə çıxma) zamanı baş verən ağrılar, sonsuzluq, ishal, qəbizlik, yorğunluq və s. Endometrioz zamanı baş verən ağrılar heç də həmişə xəstəliyin ağırlıq dərəcəsi ilə uyğun gəlmir, bəzən yüngül ağrılar zamanı kəskin endometrioz, şiddətli ağrılar zamanı isə yüngül dərəcəli endometrioz təyin edilər.
Endometriozun diaqnostikası necə aparılar?
Endometrioz diaqnozunun qoyulması üçün bir çox müayinələr edilir – ginekoloji və ya çanaq müayinəsi, USM, MRT və laparoskopiya. Lakin ən etibarlı üsul laparaskopiyadır ki, bu zaman biz həm biopsiya alaraq diaqnozumuzu təsdiqlərik, həm də endometriozlu nahiyyələri tam olaraq çıxararaq müayinə və müalicəmizi birlikdə tamamlamış oluruq.
Endometrioz müalicəsi
Endometriozlu xəstərə ağrı şiddətini zəiflətmək üçün qeyri-steroid iltihab əleyhinə preparatlar yazılır. Hamiləlik planlamayan xəstələrdə hormonal müalicəyə başlamaq olar, lakin nəzərə alınmalıdır ki, hormonal müalicə birdəfəlik həll yolu deyildir və müalicə bitdikdən sonra xəstəlik əlamətləri yenidən qayıda bilər. Buna görə də hazırda endometrioz üçün ən effektiv müalicə məhz cərrahi müalicədir.
Fikriniz
0
0