Normal sidik ifrazına nəzarət edilməsi adətən 3...
Bir uşağın düzgün danışmağı və məntiqli, məcazi ifadələr qurmağı öyrənməsi üçün vaxt lazımdır. Uşaq yenicə gəzməyi öyrənəndə böyüklərin köməyi ilə ilk qeyri-müəyyən addımları atır və altı aydan və ya bir ildən sonra artıq öz başına qaçır, atlayır və rəqs edir. Eyni şey danışıqda olur, yəni nitq tədricən inkişaf edir.
Uşaq yalnız yeni sözləri əzbərləmir, eyni zamanda artikulyasiya əzələlərini məşq etdirir, intonasiyaya nəzarət etməyi öyrənir. Bunun üçün bir ildən çox vaxt lazımdır. Buna görə əgər 3-3.5 yaşında uşağınız ilk sözləri tələffüz etməyə başlayırsa və "ana, mənə ver" kimi ən sadə ifadələri qurursa, o zaman altı yaşında, məktəbə getmək vaxtı gələndə, uşağın nitqi tam formalaşmayacak. Nitq inkişafına tədricən, lakin çox erkən yaşlarından başlamaq vacibdir.
Nitq inkişafının ləngiməsinin səbəbləri
İlk və ən əsas səbəb işemiya, qanaxma, infeksiya səbəbi ilə beyinin zədələnməsidir. Ancaq həkimlər (nevropatoloq, psixoloq, loqoped ) dərhal diaqnoz qoyur, uşağı izləyir və bütün lazımi tədbirləri həyata keçirirlər.
Ancaq öyrənmədəki səhvlər səbəbindən də nitqin inkişafında gecikmə olur. Çox vaxt bunun səbəbi valideynlərin mexaniki səsə, yəni televizordan, kompüterdən, planşetdən, telefondan gələn səslərə həddindən artıq həvəsidir. Çox cizgi filmi izləyən və ya “oxuyan-danışan” oyuncaqlarla oynayan uşaqların passiv nitqi yaxşı inkişaf edir, lakin aktiv nitqləri formalaşmır. Uşağın danışmağa başlaması üçün onunla mümkün qədər çox danışmalısınız, nağıl oxumalısınız, layla deməlisiz. Uşaqla adi qaydada, adi səs tonu və intonasiya ilə danışın. Uşaq bu səs tonu ilə ta ana bətnində olandan tanış olur. Uşaqla sadə danışmağa çalışın, ancaq qətiyyən “uşaq dili” ilə danışmayın.
Körpənin olduğu otaqda heç bir halda televizor və ya radionun işləməsinə icazə verilməməlidir. Əlbətdə ki, kompüterdə uşağınıza cizgi filmi və ya proqram göstərmək istəyirsinizsə, bunu etmək olar və edilməlidir, ancaq izlədikdən sonra cihazı söndürməlisiniz.
Əlbətdə ki, bütün bu cihazlar və oyuncaqlar anaya bir az rahatlanmağa və ya öz işlərini görməyə imkan verir. Ancaq bu cihazlar canlı ünsiyyəti əvəz etdikdə, bu, uşağın psixikasında ciddi problemlərə səbəb olur. Üç yaşlı bir uşaqda düzgün danışığı bərpa etmək, qavrayışını dəyişdirmək üçün çox vaxt lazımdır. Bəzən uşaq intensiv olaraq dərman qəbul etməli , əlavə olaraq loqoped ilə məşğul olmalı olur.
Körpə ilə ünsiyyətdə tələsməyin, ətrafdakıları və hərəkətlərinizi sakit və səsli şəkildə ona izah edin. Uşaq dinləyə-dinləyə anlamağa başlayacaq, passiv nitqi formalaşacaq. Altı aydan sonra cisimlərin rəngi və həcmi barədə ətraflı məlumat verməyə başlayın; "kiçik oyuncaq", "qırmızı top". Bunu davamlı olaraq etdiyiniz zaman uşağınız sizi eşitməyi və anlamağı öyrənir.
Özünüzü körpə ilə mümkün qədər çox danışmağa və ətrafındakı mexaniki səsləri mümkün qədər məhdudlaşdırmağa çalışın. Bu, nitq inşişafının ləngiməsinin qarşsını alacaq. Ünsiyyəti düzgün qursaq, 2.5 yaşında uşaq ifadəli nitqlə danışmağa başlayacaq. 2,5 yaşındakı uşağınız danışmır, səssiz qalır, oyunu səsləndirmir, sizə ünvanlanan bir istəyi olmursa, mütəxəssisə müraciət etməlisiniz.
Fikriniz
0
0