Hər bir qadının həyatında hamiləlik dövr&u...
Biri var idi, biri yox idi. Meşələrin birində müxtəlif növdə, yamyaşıl ağaclar var idi. Bu ağaclar o qədər gözəl idi ki, görənləri heyran edirdi. Ağacların bəziləri böyük, bəziləri isə kiçik idi. Bəziləri yaşlı, bəziləri cavan idi. Ancaq içlərində bir ağac var idi ki, meşənin ən yaşlı və ən gözəl ağacı idi. O qədər güclü kökləri, o qədər böyük budaqları var idi ki, çox əzəmətli görünürdü. Bir müddət sonra meşədə hava dəyişməyə və güclü küləklər əsməyə başladı. Elə güclü küləklər əsirmiş ki, həmin qoca ağac belə bu cür küləklə əvvəllər heç rastlaşmamışdı. Güclü külək günlərlə davam etdi.
Külək dayandıqdan sonra bütün cavan ağaclar onlara heç nə olmadığına görə çox sevinirdi, ancaq bir də gördülər ki, həmin yaşlı , nəhəng, gözəl ağac yaralanıb, budaqları qırılıb. Onlar bu ağaca heç vaxt heç nə olmaz deyə düşünürdülər, lakin külək ona çox böyük zərər vurmuşdu. Ağrıdan böyük ağac günlərlə susmadı, ağladı. Heç bir ağac ona kömək edə bilmədi, tək çarə səbir etmək idi. Lakin budaqlar qırıldığı üçün dözmək çox ağrılı idi. Başqa ağaclar yerlərindən tərpənə, köməyə gələ bilmirdilər.
Bir neçə gün sonra nadir bir bitki axtaran Əli yolunu azıb bu meşəyə girdi. Yolunu azdığını anladıqda çox qorxdu. Ancaq meşədəki rəngli ağacları görəndə onları seyr etməkdən doymadı. Birdən nalə səsini eşitdi. Sağa baxdı, sola baxdı və birdən həmin nəhəng, möhtəşəm ağacı gördü, nalənin ondan gəldiyini bildi. Təəccübləndi, ancaq yaxınlaşanda qırılan budaqları gördü və öz-özünə : “Kömək etməliyəm, amma necə?” dedi. O qırılan budaqları ayırıb ağaca qulluq etməli idi.
Bu zaman Əli dostu sərçəni xatırladı və fit çalaraq onu çağırdı.
Dostunu səsindən tanıyan sərçə dərhal gəldi. Vəziyyəti görəndə sərçə də dostlarını köməyə çağırdı. Bir çox quş bir araya gəldi. Çünki böyük ağac həmişə həmin quşların onun budaqlarına qonmasına köməklik edərdi.
Birlikdə ağacın budaqlarını ayırıb saxladılar.
Böyük ağac çox minnətdar idi. Çox təşəkkür etdi və günlər keçdi, günlər keçdikcə də böyük ağac sağalırdı. Özünü çoox yaxşı hiss edirdi. Yenidən quşlar onun sağalan budaqları üzərinə qonurdular.
Fikriniz
0
0