Sarılıq körpələrdə

Doqquz ay ərzində körpə qorunma altında və steril şəraitdə bətnində idi. Buna görə doğuşdan sonrakı ilk günlərdə körpənin cəsədində ciddi stres yaşanması təəccüblü deyil. Yeni həyat şərtlərinə uyğunlaşmağa çalışır və bu vəziyyətdə sarılıq adaptasiya amillərindən biridir.

Yenidoğulmuşlarda hiperbilirubinemiyanın (sarılığın) növləri:1)tranzitor(fizioloji),2)ana südündən və döşlə əmidizdirmədən,3)patoloji:hemolitik,konyuqasion,mexaniki,parenximatoz(qaraciyər).

Bilirubin –öd piqmenti olub,qaraciyərin və sümük iliyinin hüceyrələrində eritrositlərinin parçalanması nəticəsində hemoqlobindən əmələ gəlir;normal şəraitdə qaraciyərdə toplanır və ödlə cıxır.Bilirubin qeyri-düz (sərbəst)-toksikdır,bilirubin düz(birləşmiş)-toksik deyil.

Tranzitor hiperbilirubinemiyası qan zərdabınada bilirubinin konsentrasiyanın artması olub,doğulduqdan sonra ilk 2-4 cü günlərində yenidoğulmuşun orqanizmində bilirubin mübadiləsinin xüsusiyyətləri ilə əlaqədardır,demək olar ki ,bütün yenidoğulmuş uşaqlarda müşahidə olunur.Vaxtında doğulanların təxminən yarısında və vaxtından əvvəl doğulan uşaqların çoxunda qanda bilirubinin konsentrasiyasının tranzitor artması sarılıqla müşayiət olunur.Fizioloji sarılığa müalicə tələb olunmur.

Ana südünün tərkibinə görə sarılığın təzahürü və uzun sürməsini izah edən bir sıra ehtimallar olmasına baxmayaraq,ana südündən olan sarılığın səbəbi kifayət qədər öyrənilməyib.Sarılıq təbii qidalanan körpənin həyatının 4-7 –ci günlərindən sonra qeyri-düz bilirubinin səviyyəsinin yüksəlməsi ilə xarakterizə olunur və 12-16 həftə davam edir.Körpələrin ümumi vəziyyəti pisləşmir.

Ana südü sarılığını döşlə əmizdirmə sarılığından fərqləndirmək vacibdir.

Döşlə əmizdirmə sarılığı həyatın 2-3-cü günlərində südün əmələ gəlməsinin(həcminin),mənimsənilməsinin kifayət qədər olmamasından və ya körpənin ac qalmasından baş verir.Klinik mənzərədə çəkinin itirilməsi,nəcisin gecikməsi və müxtəlif dərəcəli sarılıq müşahidə olunur.