Məktəbdən əvvəl uşaqda formalaşdırılması vacib olan bacarıqlar

  • Qoyulmuş qaydalara əməl edilməlidir.
  • Özü haqqında əsas məlumatları (ad və soyad, ana və ata adı, doğum günü və yaşı və s.) bilməlidir.
  • Ayaqqabılarının ipini bağlamağı öyrənməlidir.
  • Növbədə səbirlə öz sırasını gözləməyi bacarmalıdır.
  • Problemi tapmaq, düşünmək, məlumat tapmaq üçün sual verməlidir.
  • Həmyaşıdları ilə ünsiyyət qurmaq, münaqişələri həll etmək bacarığı formalaşmalıdır.
  • Başqalarına kömək təklif etmək və köməyi qəbul etməlidir.
  • Özünəinamlı olmalıdır.