Sosial işə dair xarici təcrübənin öyrənilməsi: Sosial iş modelləri (III hissə)

Müasir cəmiyyətimizi xarakterizə edən ümumi rasionallaşma prosesi, sosial iş sahəsindən də yan keçməmiş və bu sahənin də bürokratikləşməsinə, professional ixtisaslaşmasına vo preventiv yönümünün güclənməsinə gətirib çıxarmışdır. Prevensiya anlayışı, elmi leksikonumuza bır elə də uzun zaman deyildir ki, daxil olmuşdur. Ona ətraflı tərif vermək, onun əsas növ və forma larını seçib ayırmaq səyləri bir çox qərb alimləri tərəfindən edilmişdir. Lakin alman sosioloqu Klaus P. Yapp tərəfindən verilmiş tərif onun məzmununu da ha dolğun ifadə edir. Klaus P. Yapp «prevensiya»ni “təhlükə” və “risk” anlayışları vasitəsi ilə müəyyən etməyə çalışır və qeyd edir ki, risk hər hansısa bir seçimi nəzərdə tutur və subyektiv qərarın nəticələri ilə uyğunlaşdırılır, bundan fərqli olaraq təhlükə isə kliyentə rəğmən obyektiv xarici səbəblər üzündən yaranır. Prevensiya ilk öncə təhlükə ilə uyğunlaşdırılır, lakin onun başlıca məqsədi, təhlükəli vəziyyəti kliyentə qismən seçim azadlığı verə biləcək risk vəziyyəti ilə dəyişməkdən, yəni müştəriyə özü üçün daha əlverişli qərarın seçilməsi imkanını verməkdən ibarət olur. Preventiv fəaliyyətin yönümündən asılı olaraq: maddi və formal prevensiyanı ayırırlar.

Birinci, sosial problemlərin yaranma prosesləri ilə, ikinci isə, həmin prob lemlərin nəticələrinin kompensasiyası mexanizmləri ilə əlaqədardır. Məsələn, işsizlik kimi sosial problem kontekstində bazarın tələbatları nəzərə alınmaqla, kadrların yenidən hazırlanması sisteminin təşkili maddi prevensiya, işsizlik müavinətlərinin verilməsi isə formal prevensiyanın nümunəsidir. Bu 2 pre vensiya növü günümüzdə sosial müdafiə və təhlükəsizlik sistemlərinin əsasını təşkil edirlər. Maddi və formal prevensiya növləri, inkişaf etmiş cəmiyyətlərin tipik sosial problemlərin (işsizlik, xəstəlik və s.) rəğmən daha səmərəlidir. La kin, çağdaş cəmiyyətin hal-hazırki inkişaf mərhələsində sosial problemlərin (ətraf mühitin çirkləndirilməsi, nüvə təhlükəsi və s.) artıq qlobal xarakter aldıqları bir dövrdə, ənənəvi prevensiya tədbirlərini tətbiq etmək də çətinləşir. Bu isə o deməkdir, cəmiyyət, sosial müdafiə və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə yeni mexanizmlər və nəzəri konseptual üsullar işləyib hazırlama lıdır və bu vəzifənin əsas icraçısı sosial elmlər olmalıdır.

Beləliklə, sosial işin Qərbdə artıq formalaşmış nəzəri modellərinə nəzər yetirdikdən sonra, belə bir qənaətə gəlmək olar ki, müstəqil elm sahəsi kimi sosial işin nəzəri konseptual bazası daima zənginləşir və o, dövrün tələblərinə uyğun olaraq yeniləşir.

Logoterapiya nəzəriyyəsi insanın təbiətinə və mahiyyətinə mürəkkəb fəlsəfi, psixoloji, tibbi baxışlar sistemi olmaqla, şəxsiyyətin inkişaf mexanizmlə rini norma və patologiyada nəzərdən keçirir, şəxsiyyətin inkişafı üçün, müvafiq anomaliyaların korreksiyasının yol və üsullarını göstərir.

Bu üsulun dəyəri, sistem va struktur modelləri ilə uyğunlaşdırıldığı halda daha da artır.

Sosial iş nəzəriyyəsinin ekzistensalist və humanist modelləri sosial müdafiə nəzəriyyəsində mühüm yerlərdən birini tuturlar. “Subyekt-obyekt-subyekt” qarşılıqlı münasibətlər sistemində, klyentin duyum xüsusiyyətlərinin öyrənilməsi məsələləri, sosial işin ekzistensalist modelinin əsas məzmununu, bu münasibətlər haqqındakı fikir və nəticələr isə onun əsas qayəsini təşkil edir. Bu model çərçivəsində adətən aşağıdakılar nəzərdən keçirilir:

  1. “subyekt-obyek-tsubyekt” sistemi daxilində qaydalar və rollar;
  2. daha iri sistemlər kontekstində “subyekt-obyekt-subyekt” altsistemi va ona göstərilən təsir;
  3. müştərinin inandığı dəyərlər sistemi;
  4. müştəri qorxusu və təhlükəsizliyinin olmaması ilə necə mübarizə aparır;
  5. problemin həllinin bütün aspektlərinin əlaqələndirilməsi.

Sosial işin ekzistensalist modelinin nəzəri əsaslarına görə, kliyentin əksər emosional problemlərinin əsasında 4 özgələşmə mənbəyi durur:

 

  • müştərinin önəmli hesab etdiyi insanlar onun özünə önəm vermirlər;
  • qiymətləndirmə münaqişələri probleminin həllində qətiyyətsizlik yaxud aldatmaya yol verilir;
  • məyusluq, xaos yaxud özəl dəyərlərin itirilməsi;
  • yaxın insanların itirilməsi (onla ülümü, tərk olunma, xəyanət və s.).

Kliventə təsirin ekzistensalist texnoloaiyasının əsas məqsədi insanlara lazımi və layiqləri olduqları həyat tərzini qazanmaları məqsədi ilə zəruri köməyin göstərilməsindən ibarətdir. Bu zaman ekzistensalist terapiyasının 3 mümkün qaydasından istifadə olunur:

  • birincisi. kliyentin təcrübə və praktiki fəaliyyətinin dəyişdirilməsinə doğru
  • yönəldilmiş qayda;
  • ikincisi, kliyent şəxsiyyətinin anlamına doğru yönəlmiş qayda;
  • üçüncüsü, şəxsi daxilolma yaxud sosial işçinin kliyentin dəyərlər, hisslər və
  • münasibətlər aləminə “varması” qaydası.

Sosial iş nəzəriyyəsinin humanist modeli, ekzistensalist texnologiyası üzrə, köməyə ehtiyac duyanlara dəstəyin göstərilməsi sahəsində fəlsəfi-humanist baza rolunu oynayır. Bununla əlaqədar, sosial işçi, kliyentin həyatının və daxili aləminin dəyərləndirilməsini ön plana çəkməli, onun şəxsi və praktik təcrübəsinə rəğmən, özünün çox şeyi müstəqil surətdə həll edə bilmək qabiliyyətini xüsusi ilə vurğulamalıdır. Bu müddəalardan çıxış etmiş olsaq, onda sosial iş sə viyyəsində köməyin göstərilməsi özünə bunları daxil edir:

  1. kliyentin hayatının məzmunun dolğunlaşdırılması məqsədi ilə, ona hər şeyin yaxşı olduğunu, hayatının təkamül və inkişaf məcrasında davam etdiyini  təlqin etmək lazımdır;
  2. sosial işçilər kliyentə, onlara kömək göstərməy, problemləri ilə tanış olub onları çözməyə hazır olduqlarını nümayiş etdirirlər, bir sözlə, diqqətlərini problem üzərində cəmləşdirirlər;
  3. sosial işçi kliyent ilə münasibətdə çeviklik, aşkarlıq nümayiş etdirməli, kliyentdə özünə arxayınlıq hissi yaratmalıdır;

Bir məqamı da unutmaq olmaz ki, sosial işçi kliyent ilə sərt və direktiv qaydalar üzrə işləyə bilməz. O, müvafiq situasiyanın səciyyəvi xüsusiyyətlərinə rəğmən hərəkət etməlidir. Sosionom kimi sosial işçinin əsas vəzifəsi müştərini ruhlandırmaqdan, onun həyatdakı real imkanlarını anlamaqdan və onların gerçəkləşdirilməsi prosesinə fəal surətdə qoşulmaqdan ibarətdir. Sosial işin bu nəzəri modellərinin universallığına baxmayaraq, köməyə ehtiyacı olan insanlar üçün, onları, sosial işin təşkilinin bütün formalarında eyni cür tətbiq etmək olmaz. Birincisi ona görə ki, onlar sosial köməyin müx təlif formalarıdır və əksər hallarda eyni problemi müxtəlif cür həll edirlər. İkincisi, sosial iş müəssisələrinin inzibati dağınıqlığı da bu modellərin unifikasiyasına maneçilik törədir. Eyni zamanda, biz hər dəfə müxtəlif mühitlərdən çıxmış müxtəlif insanlarla əlaqələrdə olmuş oluruq. Və ən nəhayət, bu modela, kiməsə hansısa bir hərəkət standartını təhriklə “uyğunlaşdırmaq” yaddır. Bu mənada, cari modellərə əsaslanan sosial işçilər, kliyentə təsirin forma və vasitə lərinin seçilməsində, həmçinin onunla əməkdaşlığın qurulmasında azaddırlar.

Sadaladırımız modellərlə yanaşı, sosial iş nəzəriyyəsində rol və kommunikativ nəzəriyyələr də xüsusi əhəmiyyət kəsb edirlər. Sosial işin nəzəri əsaslarını təşkil edən bu üsulun, əsas komponentini sosioloji biliklər təşkil edir. Lakin, sosial işçilərin məqsədyönlü fəaliyyətlərinin məzmununu zənginləşdirmək nöqteyi-nəzərindən, psixoloji bilikləri də oraya əlavə etmək labüddür. Bu modellər ərçivəsində, ilk növbədə, şəxsiyyətin rolunun məzmunu (həm psixoloji, həm də sosial-psixoloji planda) araşdırılır. Sosial iş nəzəriyyəsində, şəxsiyyətin rolları ilə əlaqədar mövcud baxışlara əsasən insanlar öz davranışlarını fərdi şəxsi uğurlarındakı sxem və modellərə uyğun olaraq qururlar. Bu sxemlər, adətən, keçmiş təcrübə nəzərə alınmaqla, özünü necə aparmaq, baş verən aktual hadi sələrin önəminin anlaşılması, hər kəsin həyatda öz rolunu necə görməsi məsə lələrinə toxunurlar. Bundan başqa, insanların həyatdakı müəyyən rollarına uyğun olaraq, kommunikasiya üslublarının olması da çox mühümdür. Texno loji baxımdan da, müxtəlif və identik rollar oynayan insanların, mövcud dav ranış və təmas modellərinin mənimsənilməsi metodları çox əhəmiyyətlidir. Bununla əlaqədar, heç təsadüfi deyildir ki, rol va kommunikasiya metodları, bir qayda olaraq, birlikdə nəzərdən keçirilirlər.

 

İstifadə edilən ədəbiyyat:

  1. Теория социальной работы : учебник для бакалавров / под ред. Е. И. Холостовой, Л. И. Кононовой, М. В. Вдовиной. — М. : Издательство Юрайт, 2014. — 345 с.