Hər bir qadının həyatında hamiləlik dövr&u...
Əksər peşə sahələrində olduğu kimi sosial işin də əsasında duran və sosial işin həyata keçirilməsində mühüm rol oynayan dəyər sistemi böyük rol oynayır. Məlum olduğu kimi sosial işçilərin peşə fəaliyyəti prosesində qarşılaşdıqları ən əsas problemlərdən biri konseptual peşə dəyərlərini konkret günbəgün peşə təcrübəsinə tətbiq etməkdən ibarətdir. Bu baxımdan dəyərlər etikanın fəaliyyət zamam təzahürü kimi təsvir edilmişdir. Dəyərlər etik qərar qəbul etınə prosesinin əsasını təşkil edir, belə ki, onlar peşəkar davranışı tənzimləyir. Onların əsas məqsədi etik peşə təcrübəsini təmin etməkdən ibarətdir. Sosial iş üzrə tanınmış tədqiqatçılardan olan Rimer (1999) sosial işdə peşə dəyərlərinin aşağıdakı təsnifatını vermişdir:
Sosial iş peşəsində etik dəyərlərdən danışarkən ilk növbədə qeyd etmək lazımdır ki, peşə fəaliyyəti bir sıra inqredientlərin cəmindən istifadə əsasında həyata keçirilir.
Birincisi, istənilən peşə fəaliyyəti ilə məşğul olmaq üçün əsaslı peşə biliyinə malik olmaq. İkincisi, hər bir peşə daşıyıcısı məhz o peşəyə xas olan və yaranan problemləri .həll etmək üçün lazım olan vərdişlərə malik olmalıdır. Üçüncüsü isə birbaşa peşə dəyərlərinə aiddir. Misal olaraq belə bir halı qeyd etmək olar ki, sosial işin klinik istiqaməti üzrə təhsil alan tələbələrin əksəriyyəti hesab edirlər ki, həra hansı bir psixoterapevtik agentlikdə işləmək icma əsaslı sosial xidmət agentliyində işləməkdən daha yaxşıdır. İstər–istəməz onların məyusluğu nəticə etibarilə onların işində öz mənfi təsirini göstərə bilər. Belə ki, onların müştəriləri onlardan fərqli olan sosial, mədəni və ya dini mənşədən ola bilər. Bu zaman ortaya çıxa biləcək münasibət problemlərinin qarşısını almaq üçün tələbələr işlərinin şəxsi və peşəkar. tərəfləri arasında fərq qoymağı bacarmalıdır. Əksər hallarda, müştərilətin dəyərləri sosial işçilərin dəyərlərindən radikal şəkildə fərqlənir. Məhz bu səbəbdən də sosial işdə dəyərlərin rolu da bilik və bacarıqlar qədər əhəmiyyətlidir.
Qeyd etmək lazımdır ki, sosial işdə dəyərlər məfhumunun aydın bir tərifi verilməmişdir. Dəyər sözü qədim latın dilindən tərcümədə (pendo) güc, problemin öhdəsindən gəlmək və nəyəsə layiq olmaq kimi ifadələrə aid edilə bilər. Dəyər konsepsiyası insanların xəbərdar olduqları müxtəlif alternativlər arasından seçimlər edə bilmələrinə təsir edən normativ standartlar kimi də təsvir olunur. Bütün dünyadan olan sosial iş təşkilatlarının da daxil olduqları Sosial İşçilərin Beynəlxalq Federasiyasının bəyannaməsinə əsasən sosial işçilərin fəaliyyət göstərdikləri müxtəlif peşə mühiti və kontekstlərdən asılı olmayaraq, vahid etika kodeksi qəbul edilmişdir. 1986-cı ildə sosial iş üzrə tanınmış mütəxəssislər olan Morales və Sheafor qeyd etmişdirlər ki, dəyərlər sistemi sadəcəsosiaüşəxasdeyil–vəistənilərrpeşə sahəsinin etika-kodeksi var. Halbuki, sosial işçilərin bir neçə əsas dəyər istiqamətləri vardır ki, onlar da aşağıdakılardır:
Müəlliflər həmiçinin qeyd etmişlər ki, sosial işçilər tərəfindən iş prosesində istifadə edilən üsullar sosial iş peşəsinin humanitar və eqalitar təbiətini bir daha vurğulayır. Rimer (1999) həmçinin qeyd etmişdir ki, dəyərlər sosial iş peşəsinə bir neçə istiqamətdə təsir edir:
Reamer həmçinin vurğulamışdır ki, sosial işin peşə dəyərlərində altı əsas istiqaməti də müəyyən etmək mümkündür: paternalistik, sosial ədalət, dini, kliniki, müdafiə istiqamətləri və ədəbsiz meyl/istiqamət. Bu istiqamətlərin qısa təhlili sosial işin peşə etikasının formalaşması tarixində olan müxtəlif yanaşmaları da əks etdirir. Aşağıda bu istiqamətlərin hər birinin qısa təsviri verilmişdir.
1996–cı ildə ABŞ–da Sosial İşçilərin Milli Assosiasiyası Etika Kodeksini qəbul etdi. Bu Kodeksdə sözügedən peşənin daşıyıcıları üçün vacib olan altı əsas dəyər və müvafiq prinsiplər əks olunmuşdur:
Qeyd etmək lazımdır ki, sosial işçilərin öz peşələrinin əsasını təşkil edən dəyərlərini təyin etməsinə baxmayaraq, bəzi hallarda onların şəxsi və peşə dəyərləri arasında olan uyğunsuzluq nəticəsində müəyyən münaqişələr yaranır.
Situasiya təhlili: sosial iş üzrə magistr dərəoəsi–almış və yenicə sosial iş agentliyində çalışmağa başlamış sosial işçidir. Onun əsas işi ailə konsultasiyaları, ailə planlaşması, və uşaqların övladlığa götürülməsi ilə bağlı məsələlərdir. Sara öz işini çox sevir. Onun müştəriləri arasında hazırda Syuzan adlı 17 yaşlı qız da var. Syuzan artıq 2 aydır ki, hamilədir. Syuzan Saraya müraciət edərək uşağın abort edilməsi üçün ona yardım etməyə xahiş etmişdir. O, həmçinin, Saradan bu məsələni məxfi saxlamasını xahiş edir, çünki onun atası ”köhnə fikirli " bir şəxsdir və nikahdan kənar hamiləliyin olmasının qəti əleyhinədir. Sara özü çox ciddi dini dəyərlərin qorunduğu bir ailədə böyüyüb və bu hal onun inanclarının tam əksini təşkil edir. Lakin, digər tərəfdən onun peşə öhdəliyi müştərisinin ən yaxşı marağının müdafiə edilməsinə istiqamətlənməlidir. Buna baxmayaraq, o, şəxsi inancları ilə bağlı abortların edilməsinin tam əleyhinədir. Eyni zamanda, o, anlayır ki, bu durum haqqında onun qərar qəbul etməsi labüddür.
Bu cür hallar sosial iş təcrübəsində çox tez–tez qarşılaşılan məsələlər sırasındadır. Və əgər əvvəllər hesab edilirdi ki, sosial işçilər iş prosesində öz dəyər sistemlərini tətbiq edə bilərlər və onların şəxsi inancları fəaliyyətlərinə təsir edə bilər, hazırda durum dəyişibdir. Bela ki, sosial işçi öz fikrini müştəriyə bildirsə də, onun ən yaxşı maraqlarının təmin edilməsi üçün əksər hallarda onun öz müqəddəratını təmin etməsinə hörmətlə yanaşmalıdır. Burada o da var ki, bu duruma yanaşma inkişaf etmiş qərb demokratiyaları ilə totalitar rejimlərdə fərqli yanaşılır. Əgər birincidə, müştərinin fikirlərinə hörmət müşahidə olunursa, ikincidə əsasən sosial konformizmə doğru çox ciddi təziqlər var.
Sosial işdə etiket konsepsiyasının da xüsusi yeri və rolu var. Etiket sözünün kökləri əsasən fransız dilindən gəlir və müfadiq peşə sahəsinə uyğun olan xarici görünüş, geyim, adətlər və davranışa aid olan yazılmış və yazılmamış qaydalar toplusunu bildirir. Qeyd etmək lazımdır ki, sosial işçilərin etiketinə dair qaydalar peşənin Etika Məcəlləsində verilməyibdir. Etiket qaydaları insanlar arasındakı qarşılıqlı münasibətlərin mədəniyyətinin əsasını təşkil edir. Sosial işə aid etiket qaydalarına gəldikdə yadda saxlamaq lazımdır ki, bu hər bir peşə sahibinin çalışdığı ölkə, mühit və s. Bu kimi amillərdən də ibarətdir. Etiketə uyğun peşə davranışını həyata keçirmək üçün sosial işçilər özlərinə aşağıdakı sualları verə bilərlər:
Bu baxımdan Hippokratın tibbi etikası nümunələrdən biri kimi göstərilə bilər.
Tərcümə edilən ədəbiyyat
D.Guttmann (2006) Ethics in Social Work: A Context of Caring The Haworth Press, s. 294. (s.232-245)
Fikriniz
0
0