Uşaq, davranış və vərdişlər (3 yaş)

 

Uşağınız 3 yaşında aşağıdakı davranış və vərdişlərə yiyələnə bilər

 

  • Bir sıra çox sadə qaydalar qoyaraq uşağınızın həmin qaydalara riayət etməsini təmin edin. Hətta bunu bir oyun halına gətirməsəniz də uşağınızın çox xoşuna gəldiyini görəcəksiniz.
  • Müsbət davranışlarını bəyəndiyinizi söz və hərəkətlərinizlə ona hiss etdirin. Bu, onu çox sevindirəcəkdir.
  • Bu yaşdakı uşağınızın açıq və başa düşülən istəkləri yerinə yetirmək və qadağalara tabe olmaqdan zövq aldığını yaddan çıxarmayın.
  • Sərtliyə əl atmadan, açıq və aydın sözlə bir sıra asan işləri görməsini (qırılmayan əşyaları götürmək kimi) istəyə bilərsiniz.
  • Uşağınızın ailə tərbiyəsi almış yaşıdları ilə oynamasına və danışmasına imkan verin. Çünki bu, uşağınızın sosial baxmdan və dil yönündən inkişaf etməsinə yardımçı olar.
  • Axşam ona nağıl və hekayələr oxuyub izah edin. Onun da  şəkillərə baxaraq hekayə və nağıl danışması üçün təşviq edin. Xüsusilə, şəkilli kitablar bu mövzuda olduqca faydalıdır.
  • Uşağınız üç yaşına qədəm qoyanda (gündüz və gecə olmaqla) ayaqyoluna getməklə bağlı məlumatları verməlisiniz. Mütəxəssislərin də bu yaşda ayaqyolu ilə bağlı məsələlərin nəticələndirilməsinin vacibliyini vurğuladıqlarını yaddan çıxarmayın.
  • Uşağınız bu yaşlarda maraq səbəbilə sizi çətin vəziyyətə salan suallar (din, yaradılış, cinsi məsələlərlə bağlı) soruşa bilər. Bu kimi hallarda ona düzgün, lakin çox sadə ifadə ilə, onun başa düşəcəyi tərzdə qısa cavablar verməkdən çəkinməyin.
  • Bu cür suallara cavab verməmək, ya da başdansovdu (atan dan soruş, anan daha yaxşı bilər, bilmirəm, mən haradan bilim, bir daha eşitməyim...) sözlərlə cavab vermək onun mara ğını daha da artırar. Bu məsələdə diqqətli olun.
  • Uşağınıza boya və boyama kitabları alaraq onu rəngləməsini, kağız və qələm verərək yazıb çəkməsini təmin edin. Beləcə, həm divarların və əşyaların yazılmasına əngəl olmuş, həm də onun əl əzələlərinin inkişaf etməsinə yardım etmiş olarsınız.
  • Uşağınızın çevrəsini, əhatəsini, əşyaları və yaxın qohumlarınızı tanımasını təmin edin.
  • Uşağınızla birlikdə sadə və asan oyunlar oynaya bilərsiniz.
  • Böyük-kiçik, uzun-qısa, dar-geniş, yaxın-uzaq, aşağı-yuxarı, alt-üst... kimi ifadələri və rəngləri uşağınıza öyrədə bilərsiniz
  •  Oyuncaqlarını topladarkən (rol gərəyi) ona kömək edə bilərsiniz. Ev yığışdırarkən də ondan kömək istəyə bilərsiniz. Həm köməkləşmə olar, həm də ona məsuliyyət və öhdəlik şüurunu qazandırmış olarsınız .