Uşaq, davranış və vərdişlər (4 yaş)

 

Uşağınız 4 yaşında aşağıdakı davranış və vərdişlərə yiyələnə bilər

 

  • Üç yaşında ikən müsbət davranış larını gördüyünüz uşağınızda, dörd yaşına qədəm qoyduqdan sonra bir sıra mənfiliklər və nöqsanlar ortaya çıxa bilər.
  • Söz və hərəkətləri ilə sizin əmr və qadağalarınıza qarşı çıxa bilər.
  • Nə olursa olsun hirslənmədən, özünüzdən çıxaraq qışqırmdan əmr və qadağalarınızda israrlı olun.
  • Təqdirləriniz və müsbət davranışlarınız faydasız ola bilər. Ancaq uşağınızdakı mənfiliklər yaşının bir xüsusiyyətidir. Ona görə də ümidsizliyə düşməyin.
  • Nələrin doğru, nələrin yanlış olduğunu ümumiyyətlə nümunə olaraq və nümunələr verərək dərk etdirməyə səy göstərin.
  • Nümayiş etdirdiyi mənfi davranışlara görə bir sıra caza vasitələrinə müraciət edə bilərsiniz. (Məsələn, çox sevdiyi bir oyuncaqla oynamasına, xoşladığı bir yeməyi yeməsinə, dostu ilə oynamasına, xoşladığı bir şeyi geyinməsinə müəyyən bir müddət icazə verməmək kimi). Bu kimi hallarda israrlı olduğunuzu hiss etdirin və əsla vurmaq və ya təhqir etmək kimi hərəkətlərə yol verməyin.
  • Uşağınızın haqsızlığa məruz qaldığını düşünməməsi üçün verdiyiniz cəzanın səbəbini başa düşdüyü tərzdə, çox sakit bir şəkildə ona izah edin və bu cəzanı vermək məcburiyyətində qaldığınızı bildirin.
  • Verdiyiniz cazanı müddətini bildirmək şətrilə mütləq tətbiq edin və müsbət davranışlar nümayiş etdirdiyi zaman cəzasını dayandıracağınızı bildirin.
  • Uşağınız dörd yaşına qədəm qoyduqdan sonra həddindən artıq hərəkət etməyə başlayacaqdır. Ora-bura dırmaşmaqdan tutmuş dəfələrlə nərdivanlardan enib-çıxmaqdan, atılıb-düşməkdən, qaçmaqdan bezməyəcəkdir. Bu səbəbdən onu gözdən uzaq qoymamaq lazımdır.
  • Nəzarət altında idman fəaliyyətləri ilə məşğul olmasını və enerjisini səmərəli sərf etməsini təmin edə bilərsiniz.
  • Düzgün, qısa, başa düşülən cümlələr qura bilməsi; varlıqları düzgün tanıması; kəlmələri düzgün tələffüz edə bilməsi ilə bağlı ona nümunə və yardımçı olun.
  • Maraq duyğusundan irəli gələn suallar (nə, nə üçün, necə) bu yaşda ən yüksək səviyyəyə çata bilər. Onun suallarını məqsədəuyğun bir ifadə ilə, başdansovdu kimi hərəkətlərə yol ver mədən, təhqir və istehza etmədən düzgün bir şəkildə cavablandırın.
  • Uşağınızı gəzməyə, parka, zooparka... aparın. Çöldə oynamasını və ətraf mühiti tanımasını təmin edin.
  • Nağıl, hekayə danışma; rəngləmə, yazma və rəsm çəkmə ki mi fəaliyyətləri nizamlı davam etdirin.
  • Bölüşmə, növbəsini gözləmə, növbə ilə oynama kimi vərdişlərə, xüsusilə nümunə olmaq surətilə yiyələnməsi üçün imkanlar təşkil edin.