Uşağınız 6 yaşında aşağıdakı davranış və vərdişlərə yiyələnə bilər
Etməsini istəmədiyiniz mənfi bir davranışı söz verməsinə (bir daha etməyəcəyəm dediyi) baxmayaraq, bir daha edə biləcəyini unutmamalısınız.
Müsbət davranışlarını mükafatlandırdıqda, nə üçün mükafatlandırdığınızı; mən fi davranışlarını cəzalandırdıqda, nə üçün cəzalandırdığınızı mütləq izah edin.
İşlərini özünün etməsi və sizə kömək etməsilə bağlı uşağınıza tam dəstək olun.
Verdiyiniz tapşırıqları və söylədiklərinizi yerinə yetirməsi üçün tələsməyin, edəcəkləri işlərlə bağlı onlara kifayət qədər vaxt verməyi nəzərdən qaçırmayın.
Özbaşına iş görmə və bacarma zövqünü ona bəxş edin.
Uşağınızın məktəbə başlama yaşlarında həddindən artıq çox hərəkətli olacağını unutmayın.
Uşağınızı mənəvi cəhətdən kifayət qədər qidalandırmışsınız sa, məktəbi və oxumağı sevməsi üçün lazımi təlim-tərbiyəni vermişsinizsə (psixoloji baxımdan hazırlamışsınızsa), bu məktəb üçün mükəmməl bir başlanğıc olar.
Məktəbə başlayan uşağınıza dərs oxuması və tez müddətdə oxuma və yazmağa başlaması üçün təzyiq etməyin.
Məktəblə əlaqədar tapşırıqlarına nəzarət edin, ancaq çətinlik çəkdiyi hallarda ona kömək edin.
Uşağınızın etməli olduğu işləri ana-ata olaraq siz etməyin.Soruşduğu suallara münasib cavablar verərək, nəyi necə etməli olduğunu izah etməyiniz daha faydalıdır.
Oyun və istirahət üçün lazımi vaxt ayırmasını təmin edin.
Uşağınızla məktəbdəki vəziyyəti, ailəni maraqlandıran və ya onun xoşlandığı mövzularda söhbət etməyi nəzərdən qaçır mayın. Onunla söhbət etməyinizdən çox xoşlanacaqdır.
Oxumağı öyrəndikdən sonra onun səviyyəsinə uyğun ki tabları ucadan oxutduraraq ona qulaq asa bilərsiniz. Bununla uşağınıza oxuma sevgisi və vərdişi qazandırmaqla yanaşı, onu olduqca çox sevindirmiş olacaqsınız.
İncəsənət və idman fəaliyyətlərindən münasib olanı seçməsini və onunla məşğul olmasını təmin edə bilərsiniz.
EUDİ lahiyəsinin qonağı olan pedaqoq Xalidə Həmidova "Məktəbəqədər təhsil və onun əhəmiyyəti" haqqında məlumatlar verərək, izləyicilərimizdən gələn sualları cavablandırmışdır.
EUDİ lahiyəsinin qonağı olan pedaqoq Xalidə Həmidova "Məktəbəqədər təhsil və onun əhəmiyyəti" haqqında məlumatlar verərək, izləyicilərimizdən gələn sualları cavablandırmışdır.
EUDİ lahiyəsinin qonağı olan həkim pediatr - neonatoloq Nərmin Məmmədova canlı yayımda COVID-19 virusundan uşaqların qorunması yollarından danışıb və izləyicilərimizdən gələn sualları cavablandırmışdır.
“Regional İnkişaf” İctimai Birliyi və BMT-nin Uşaq Fondu (UNICEF) tərəfindən "Erkən Uşaqlıq Dövründə İnkişaf" (EUDİ) layihəsi həyata keçirilir. Layihəmizin yeni rubrikasının qonağı uşaq cərrahı və uroloqu Aqil Abilov canlı yayımda uşaqlarda cərrahi patologiyalar haqqında danışıb və izləyicilərimizdən gələn sualları cavablandırmışdır.
EUDİ lahiyəsinin qonağı olan bədən tərbiyəsi müəllimi Hüseyn Hüseynov canlı yayımda idman və onun uşaq inkişafına təsiri haqqda danışıb və izləyicilərdən gələn sualları cavablandırmışdır.