Hər bir qadının həyatında hamiləlik dövr&u...
Sandifer sindromu - daha çox südəmər dövrdə körpələrdə gördüyümüz refluks nəticəsində baş və boyunda anormal hərəkətlərdir. Adətən başı anormal sağa, sola çevirmə, donma, qıcolma, bir nöqtəyə baxma olur və valideyn bəzən narahat olur və ele bilir uşaq qıcolma olub. Lakin sandifer sindromunda qıcolmada olduğu kimi huş itmir. Belə uşaqlarda refluksa bağlı qusma, öskürək, çəki almamaq, iştahasızlıq və anemiya olur.
Bu hərəkətlərin beyində hər hansı bir mexanizmaya bağlı olduğu araşdırılmamışdır. Lakin refluksa bağlı olduğu tam dəqiqdir.
Sandifer sindromu əgər valideyn diqqət etsə diaqnoz dəqiqləşdirilsə refluksun müalicəsi ilə tam keçir. Bəzən bu tərz hərəkətləri epilepsiya ilə səhv salıb, gərəksiz qıcolma əleyhinə dərman verilməsi uşağa zərər verə bilər.
Fikriniz
0
0