2-3 yaşlı uşaqlarla birgə kitab mütailəsi

 

Hətta körpələrdə kitablardan zövq alıb, sizinlə kitablarını bölüşə bilərlər. Övladlarınızla birgə mütailə onlara daha yaxşı danışmağı və dinləməyi öyrədəcək.

Kitab oxumağı uşağınızın yuxusunun bir hissəsi edin. Yatmazdan əvvəl televizoru söndürməklə 10-20 dəqiqə övladınıza kitab oxuyun. Yuxudan əvvəl mütəmadi erkən yaşlarda onlarla məşğul olmaq (kitab oxumaq) gələcəkdə yuxu prosesinin çətinliklərini aradan qaldırır, onların tək yatmasını asanlaşdırır.

2 yaşlı uşaqla birgə kitab mütailəsi:

  1. Kitab seçimində övladınıza seçim imkanı verin.
  2. Eyni kitabları bölüşməkdən zövq alın.
  3. Siz kitab oxuduqca bəzi sözləri və ifadələri təkrarlaya bilir.
  4. “Bu nədir?” sualını verir.
  5. Övladınızla birlikdə kitabxanaya gedin.
  6. Kitab oxumaq üçün rahat yer seçin.
  7. Şəkilləri sayın və uşağın təkrarlamasını gözləyin.
  8. Birgə mütailə edin.

3 yaşlı uşaqla birgə kitab mütailəsi:

  1. Kitabda oxuduqlarımızı reallıqla müqayisə edir.
  2. Bəzən sevimli kitabını oxuduqda uşaq sizin səhvinizi düzəldə bilər.
  3. Sevdiyi hekayəni öz sözləri ilə ifadə edə bilir.
  4. Kitabdakı şəkillərin rənginə, formasına, rəqəmlərə diqqət yetirir.