3-4 yaş arası uşaqların inkişafı

 

Hərəkət inkişafı

  1. 5 saniyəyə qədər tək ayaq üstündə tullanır və durur.
  2. Köməksiz pilləkanları enir və qalxır.
  3. Topu ayağı ilə ata bilir.
  4. Əllə topu fırlada bilir.
  5. Çox vaxt zıplayan topu tuta bilir.
  6. Çevik irəli və geri hərəkətlər edə bilir.

Əl bacarıqlarının inkişafı.

  1. Bucaqlı şəkilləri kopyalayır.
  2. Dairə və dördbucaq çəkə bilir.
  3. 2-4 bədən parçası olan insan çəkə bilir.
  4. Qayçı işlədə bilir.
  5. Bəzi böyük hərfləri yaza bilir.

Dil inkişafı

  1. Bəzi təməl qrammatik qaydaları bilir.
  2. Eyni və fərqli anlayışları ayırd edə bilir.
  3. 5-6 sözdən ibarət cümlələr qura bilir.
  4. Hekayələr danışa bilir.
  5. Anlaşıla biləcək qədər net danışa bilir.

Sosial-duyğusal inkişaf

  1. Ana və ya ata rolu oynayır.
  2. Başqa uşaqlarla əlaqə yarada bilir.
  3. Yeni kəşflərə maraqlıdır.
  4. Xəyali oyunlarda yaradıcı olurlar.
  5. Sərbəst geyinib-soyuna bilirlər.
  6. Daha sərbəstdirlər.
  7. Fərqli görüntülərin canavar ola biləcəyini xəyal edir.
  8. Ümumilikdə xəyal və gerçəyi ayırd edə bilmirlər.
  9. Özlərini bədən, zehin və duyğuları ilə bir bütün olaraq görürlər.

Zehni inkişaf

  1. Bəzi rəngləri adlandıra bilirlər.
  2. Saymağı bilirlər.
  3. Suallara tək bir tərəfdən yanaşır.
  4. 3 pilləli sualları təqib edir.
  5. Bir hekayənin bölməsini xatırlayır.