Hər bir qadının həyatında hamiləlik dövr&u...
Ankiloqlossiya dil qədəhinin qısa və qalın olmasına deyilir. Bu zaman dilin hərəkətini məhdudlaşdır və əmmənin çətinləşməsinə səbəb olur. Bu, 4-11% uşaqda heç bir fəsad törətmir. Bəzi uşaqlarda isə əmmə çətinləşməsi müşahidə olunur və frenotomiyaya göstəriş olur.
Kaliforniya universiteti San Fransisko Benioff uşaq xəstəxanasının LOR həkimi və baş-boyun cərrahı doktor Meyer ankiloqlossiya zamanı cərrahi müdaxilənin lazım olub olmaması haqqında izahı belədir; iki qrup valideyn var:
1-ci frenotomiyanın əleyhinə
2-ci frenotomiyanı lehinə
Bəzən valideynlər internet portallarından mariflənərək dil qədəhini kəsdirirlər. Doktor Meyerin sözlərinə görə klassik ankiloqlossiya ön ankiloqlossiyadır və yeganə doğru seçimdir, arxa ankiloqlossiya termininin olmadığını açıqlayır. Professional veb saytlar frenotomiyanın sayının artmasına təsir edir, hətta bəzən sadaladığı səbəblərin digər patologiyalara aid olduğu halda olduqda belə.
Ankiloqlossiyanın olmasına dəlalət edən simptomlar: gilənin sıxılması, ağrı, əmmə zamanı marçıldatma (səs cıxarma). Doktor Meyer bu simptomların yalnız qədəhə aid olmadığını bildirir. Dr . Meyer “Bristol Tongue Assessment Tool” istifadəsini təklif edir (https://fn.bmj.com/content/100/4/F344.full). Həmçinin o, LATCH pnevmatik sistemində də dil qədəhinin qiymətləndirilməsində istifadə edilən fiksasiya, eşidilən udma, əmziyin növü, yersiz frenotomiya aparılmasının əleyhinədir (əgər uşaq yaxşı əmirsə ).
Frenotomiyaya dair məsləhətlər
Lazer qayçıdan yaxşı deyil
Frenotomiyadan sonra dartılma çapıq toxumanın əmələ gəlməsinə səbəb olur
Yuxarı dodağın qədəhində frenotomiya barəsində heç bir tədqiqat aparılmayıb
“Tədqiqatlar klassik ankiloqlossiya və döşlə qidalanmanın çətinləşməsi zamanı frenotomiyanı dəstəkləyir. Biz anaların laktasiya dövründə daha çox dəstək almasının tərəfdarıyıq, nəinki frenotomiyanın” – deyir Dr. Meyer.
Mənbə
Aappublications.org En .K. Meyer 01.01.21.
Fikriniz
0
0