2 yaşdan 3 yaşa qədər uşaqların inkişafı

 

Bu məqlədə biz sizə uşağınızın inkişaf səviyyəsini, yəni uşağınızın 2-3 yaşlarında nəyi bilməli və bacarmalı olduğunu öyrənib müəyyən etməyə kömək edəcəyik.

Uşağın inkişafındakı hər bir dövr çox vacibdir və körpənin müəyyən bir yaşda əldə etməli olduğu bilik və bacarıqlarla əlaqələndirilir. Bir daha valideynlərin diqqətinə çatdırmaq istərdim ki, inkişaf normaları bütün uşaqlara deyil, əksər uşaqlara aiddir. Axı, hər bir uşağın inkişafı fərdi və bir çox amillərdən asılıdır. Buna görə də, müəyyən bir anda körpəniz bir şeyi necə edəcəyini bilmirsə, narahat olmayın: vaxt keçəcək və sizin köməyinizlə bunu mütləq öyrənəcək.

2 yaşlı uşaq nəyi bilməli və bacarmalıdır

Onu da qeyd etmək istəyirik ki, uşağın hissiyyatına və qavrayışına əsaslanan məntiqi təfəkkürün inkişafına nə qədər tez başlasanız, onun idrak fəaliyyətinin səviyyəsi bir o qədər yüksək olacaq.

Məntiqi təfəkkür

-Təfəkkürün, yaddaşın, diqqətin inkişafı

2 yaşdan 3 yaşa qədər uşaq aşağıdakıları bacarmalıdır:

1. Uşaq iki və ya üç hərəkəti ehtiva edən sadə göstərişlərə və istəklərə əməl etməyi bacarmalıdır.

2. Uşaq rəsm çəkməyi, qurmağı, sadə tapmacalar, şəkillərlə kublar hazırlamağı bacarmalıdır.

Nitqin inkişafı

2 yaşdan 3 yaşa qədər uşaq aşağıdakıları bacarmalıdır:

1. Uşaq 4-5 sözdən ibarət ifadələri birləşdirməyi bacarmalıdır.

2. Uşaq böyüklərin ona nə dediyini mükəmməl başa düşür (gündəlik sözlər və ifadələr).

3. Uşaq sadə şer və uşaq tapmacaları söyləri

Ətraf aləm

2 yaşdan 3 yaşa qədər uşaq aşağıdakıları bacarmalıdır:

1. Uşaq bədənin və üzün hissələrini bilməlidir.

2. Uşaq isim və felləri asanlıqla söyləyir və lüğətinə daxil edir.

Məişət bacarıqları

2 yaşdan 3 yaşa qədər uşaq aşağıdakıları bacarmalıdır:

1. Uşaq pilləkənlərlə aşağı düşməyi və qalxmağı bacarmalıdır.

2. Uşaq geyinib soyunmağı bacarmalıdır.

3. Uşaq müstəqil olaraq “qarşoka” getməyi bacarmalıdır.

4. Uşaq geriyə doğru yeriyə bilər.

5. Uşaq tarazlığı saxlamağı bacarmalıdır.

6. Uşaq şaquli xətt çəkməyi bacarmalıdır.

7. Uşaq bir əli ilə qayçı tutaraq kağız kəsməyi bacarmalıdır.

8. Uşaq əllərini yuyub qurutmağı bacarmalıdır.