Hər bir qadının həyatında hamiləlik dövr&u...
Atopik dermatit dərinin mürəkkəb, xroniki, iltihabi xəstəliyi olaraq bir çox simptomlarla özünü biruzə verir və pasientlərin həyat keyfiyyətinə təsir edir. Uşaqlarda ənənəvi müalicə metodlarının istifadəsi təhlükəsizlik baxımından qeyri-adekvat hesab edilir. Belə ki, istifadə olunan yerli kortikosteroidlər uşaqlar üçün təhlükəli ola bilər. Avropa ölkələrində bu sahədə bir çox tədqiqatlar aparılıb. Dəri baryerinin geni (fillaqrinin) ixtira olunması ətraf mühitin dərinin baryer funksiyasına təsirini sübüt etdi. Dərinin baryer funksiyasının pozulması nəticəsində dəridə qaşınma, quruluq (kseroz) əmələ gəlir. Dərinin baryer və immun reaksiyalarının pozulması nəticəsində, atopik dermatitli uşaqlar toza, aromatlaşdırılmış qidalara həssas olurlar.
Xəstəlik 60% halda 1 yaşdan aşağı, 90% isə 5 yaşdan yuxarı uşaqlarda rast gəlir. Yeniyetməlik dövründə xəstəlik 10-30% insanda davam edir. 110000 xəstə üzərində aparılan tədqiqatlar göstərir ki, 8 il sonra 20% uşaqda xəstəlik davam edir. 20 il sonra isə 5%-də xəstəlik davam edir. Bu zaman atopik dermatit allerqiyanin başqa növünə keçir. Buna Atopik Marş deyilir.
Atopik marş: atopik dermatit => qida allerqiyası => allerqik rinit => astma
Qida allerqiyası atopik dermatitin gedişini ağırlaşdırır. Atopik dermatit bir uşaqda digər allerqik xəstəliklərin yaranma riskini artırır. Atopik dermatitli uşaqlarda yuxu pozulmaları da müşahidə olunur. Latın Amerikasında (4-10 yaş) 13988 uşaq arasında aparılan tədqiqatlar nəticəsində məlum olub ki atopik dermatitli və bronxial astmalı uşaqların 60%-də yuxu pozuntusu müşahidə edilir. Belə uşaqlar yuxuya gec gedir, narahat yatırlar. Atopik dermatitin ağırlığı narahat yuxu və parasomniyalarla düz mütənasibdir.
Mənbə
American Akademy of Pediatrics .The Lancet. AAP NEWS/
Fikriniz
0
0