Normal sidik ifrazına nəzarət edilməsi adətən 3...
Əksər qadınlar üçün hamiləlik və zahılıq dövrü stressli vaxtlar kimi yadda qalır. Əhval-ruhiyyənin dəyişməsi özünü adətən, emosional labillik, ağlağanlıq, qıcıqlanma, kədər və ya xoşbəxtlik hissinin artması ilə göstərir.
Qadının doğuşa qədər psixiatrik qiymətləndirilməsinə aid edilir: • psixi xəstəliklərin şəxsi və ailə anamnezi • psixoloji pozuntuların varlığı • anamnezdə sonsuzluq • anamnezdə adəti düşüklər • anamnezdə predmenstrual sindrom • anamnezdə qüsurlu döl, bətndaxili ölüm və gec düşük • anamnezdə həddindən artıq qusma və yalançı hamiləlik • anamnezdə problemli hamiləlik və doğuş, zahılıq dövrünün psixozu • anadangəlmə və qazanılmış xəstəliklər • ailədaxili konflikt • ailə yaxınlarının itkisi və s.
Hamiləlik insanların nəsil artırması səbəbilə baş verən vacib və təbii prosesdir. Normal olaraq hamiləlik 40 həftə davam edir və bu müddət özü-özlüyündə hər biri 3 aydan ibarət olan 3 hissəyə ayrılır. Hər bir hamilə qadın, bu dönəmdə həm bioloji, həm fizioloji, həm də ruhi (psixoloji) dəyişikliklərlə rastlaşır. Hamiləliyin ilk 3 ayında baş verən ruhi dəyişikliklər İlk 3 ayda qadın bəlkə özü də anlamadan bir sıra dəyişikliklər yaşayır. Bunlardan ən çox müşahidə olunanı körpəni itirmək qorxusudur. Bundan başqa bətnində olan yeni balaca insana qarşı məsuliyyət, narahatlıq hissləri keçirir. Xüsusilə gənc analarda və ya gözlənilməz hamiləliklərdə bu narahatlıq hissi daha da çox olur. Hamiləliyin ikinci 3 ayında baş verən ruhi dəyişikliklər İlk 3 ayın stress və narahatlığının öhdəsindən gələn ana, artıq ikinci 3 ayda daha həssas olur. Bədənində baş verən fizioloji dəyişikliklərin fərqinə varmağa başlayır. Çəkisinin artması onda özünə inam və hörməti azalda, artıq çəkidən dolayı stress yaşaya bilər. Bu dönəmdə analıq hissləri qabara və qadın ətraf mühitə qarşı daha həssas ola bilər. Hamiləliyin üçüncü 3 ayında baş verən ruhi dəyişikliklər Bu dönəmdə körpəni itirmək qorxusu artıq keçir və qadını daha çox düşündürən məsələ yaxınlaşan doğum olur, bunun üçün nigaranlıq hissləri keçirir. Dünyaya gələcək körpənin məsuliyyətini düşünür. Həm ana, həm də ata doğulacaq körpənin yaşamı üçün stress keçirir. Hamiləlik qadının demək olar ki, başqa bir həyat tərzinə addım atmasıdır. Bu dönəmdə artmaqda olan məsuliyyət hissi qadını stressə salır. Qadın hamiləlik dönəmində həm körpəsi, həm özü, həm də ailə həyatı üçün narahatlıq yaşayır. Buna görə hamiləlik qadının sosial və şəxsi həyatına mühüm təsir göstərir. Qadın hamiləlik dönəmində yaxşı ana ola biləcəyi ilə bağlı narahatlıq keçirir. "Mükəmməl ana olmalıyam, xətalara yol verməməliyəm, uşağım hamıdan daha ağıllı və sağlam olmalıdır" kimi düşüncələr içində olur. Bu cür nigarançılıqdan dolayı qadın özünü dəyərsiz hiss edə bilər. Davamlı olaraq pis düşüncələrdən dolayı yuxusu, qidalanma rejimi pozula bilər. Həddindən artıq nigaran olmaq insanlarla, xüsusilə də həyat yoldaşı ilə münasibətlərinə xələl gətirə bilər. Hamiləlikdə depressiya Hamiləlikdə yeni həyata adaptasiya nəticəsində yaranan stress qadını bədbəxt və bədbin hala gətirə bilər. Aparılan tədqiqatlar göstərir ki, depressiyaya genetik meyilliliyi olan qadınlarda hamiləlik depressiyanın oyanmasına səbəb ola bilər. Hamiləlikdə hormonların səviyyəsində yüksəlmə də depressiyaya yol açır. Bu dönəmdə analarda bədbəxtlik, tez küsmə, nigarançılıq, vəsvəsə izlənə bilər. Anada "birdən uşağa zərər verərəm, birdən mənə nəsə olar" kimi düşüncələrin uzun müddət davam etməsi vərdiş halına gələ bilər. İşləyən hamilə qadınlar öz karyeraları ilə bağlı narahatlıq hissləri keçirə, yeni körpənin dünyaya gəlməsinin, həyatındakı bir çox əyləncənin sonlanması ilə nəticələnməsini düşünə bilər.
Fikriniz
0
0