Hər bir qadının həyatında hamiləlik dövr&u...
Aminturşularının metabolizmasının pozulması nəticəsində artmış fenilalaninin təsirindən kliniki olaraq əqli inkişafdan geri qalma, koqnitiv funksiyaların pozulmasına gətirən patoloji vəziyyətdir.
Əsas səbəb fenilalaninhidroksilazanın aktivliyinin çatışmazlığıdır. Diaqnoz fenilalaninin səviyyəsinin artması əsasında qoyulur , tirozinin səviyyəsi bu zaman normal və ya aşağı ola bilər.
Müalicə- ömürlük fenilalaninsiz pəhrizə riayət etməkdir. Xəstəlik irsi ötürülür autosom-resessiv yolla .Hər 10000 uşaqdan birində rast gəlir.
Fenilalaninhidroksilazanın çatışmazlığı fenilalaninin orqanizmdə toplanmasına gətirir ,əsasən sinir sistemi zədələnir ( mielinizasiya pozulur ).
Bəzən orqanizmdəki artıq fenilalanin fenilketonlara çevrilir və sidiklə ifraz olunur .
Klinik təzahürlər :
Doğulduqdan sonra uşaqlar normal olur, əlamətlər tədricən fenilalanin orqanizmdə toplandıqca meydana çıxır. Müalicə olunmayan fenilketonuriya ağır əqli geriliyə gətirir. Belə uşaqlarda hiperaktivlik, psixoz, yerişin itməsi, bədəndən siçan qoxusunun gəlməsi ( tərdə və sidikdə feniluksus turşusu ifraz olunur ) müşahidə olunur.
Belə uşaqların saç, göz ,dəri rəngi açıq olur.
Diaqnostika :
Rutin neonatal skrininq
Fenilalaninin səviyyəsinin təyini
ABŞ və əksər inkişaf etmiş ölkələrdə yenidoğulmuşları doğuşdan 24-48 saat sonra fenilketonuriyaya görə müayinə edirlər. Klassik fenilketonuriyada fenilalaninin səviyyəsi >20 mq/ dl (1.2 mmol/ l) çox təşkil edir.
Proqnoz :
Həyatın ilk günündən başlayan adekvat müalicə xəstəliyin əlamətlərinin inkişafının qarşısını alır. 2-3 yaşdan sonra başlanan müalicə yalnız müalicəyə tabe olmayan qıcolmaların kontrol edilməsini tənzimləyir.
Müalicə :
Ömürlük fenilalaninsiz pəhriz ( təbii zülalların hamısının 4% fenilalanin təşkil edir.)
Əsas qida məhsullarına daxildir: az zülallı təbii məhsullar ( meyvə-tərəvəz ,bəzi dənli bitkilər), zülal hidrolizatları tərkibindən fenilalanin çıxarılan,
fenilalaninsiz aminturşu qarışıqları
Fenilalaninsiz qida məhsulları Xphe products məhsullarıdır :PKU Anamix- körpələr üçün, XP Maxamiad - 1-8 yaş uşaqlar üçün, XP Maxamum - 8 yaşdan yuxarı uşaqlar üçün.
Fenilalaninin plazmada norması 2-6 mq/ dl (120-130 mkmol/ l ) dir.
Matt Demczko MD. Sidney Kimmel Medical College of Thomas Jefferson University iyul 2018 .
Msdmanuals.com
Fikriniz
0
0