Hamiləlik ve mioma

Mioma-uşaqlıq əzələsindən inkişaf edən, bədxassəliləşmə riski aşağı olan, xoşxassəli törəmədir. Qadınlarda çox tez-tez rast gəlinir və bu səbəblə də hamiləlikdə rast gəlinməsi artır. 100 hamilə qadının birində hamiləlik ultrasəs müayinəsində mioma görünə bilər. Miomalar ilk dəfə hamilə olan qadınlarda daha çox olur. Ananın yaşı artdıqca mioma olma riski də artır.

          Miomaların hamiləlik zamanı yarada biləcəyi risklər hansılardır?

          Risklər uşaqlığın hansı divarda yerləşməsindən, miomanın ölçüsündən və sayından asılıdır. Submukoz və intramural yerləşən düyünlər təkrarlayan düşüklər, vaxtından qabaq doğum təhlükəsi, doğumdan sonra uşaqlığın yığılmamasına, ciftin vaxtından qabaq ayrılmasına gətirib çıxara bilir. Ölçüsü 6 sm və daha böyük olan miomalar hamiləlikdə daha çox böyüyür.

        Bəzən sürətli böyümə nəticəsində mioma kifayət qədər qidalanmadığına görə miomada degenerasiya və nekroz ortaya çıxır. Bu zaman qarında xüsusilə də miomanın yerləşdiyi yerdə ağrı meydana gəlir. Bu ağrı appendisit və vaxtından qabaq doğum ağrıları ilə səhv salına bilir. Miomada nekroz daha çox hamiləliyin 22-24-cü həftəsində başlayır.

Hamiləlik öncəsi mioma diaqnozu qoyulubsa, nə etmək lazımdır?

Əgər submukoz düyündürsə, hamilə qalınmadan öncə əməliyyat icra olunmalıdır. İntramural və subseroz düyünlərdə isə qanaxma və digər əlamətlər verən böyük ölçülü düyün xaric olunmalıdır.

 

Nərmin Həsənli

Mama-ginekoloq

Arifə Məsimova

Qadınların 6aydan

Arifə Məsimova

Qadınların 6aydan

Arifə Məsimova

Qadınların 6aydan

Arifə Məsimova

Qadınların 6aydan

Arifə Məsimova

Qadınların ən azı 6aydan bir yoxlanmasi

Sevinc Qənbərova

Cox sag olun