Aqorafobiya

Aqorafobiya - evdən çıxmaqdan, mağazaya getməkdən, izdihamlı yerlərdə olmaqdan, qatarla, avtobusla, təyyarə ilə tək səyahət etməkdən qorxma ilə səciyyələnən fobiyalar qrupudur. Aqorafobiya daha çox gənc yaşlarda və qadınlarda müşahidə edilir.

Əlamətləri əsasən 3 yerə ayrılır:

  • fiziki
  • koqnitiv
  • davranış

Aqorafobiyanın simptomları əsasən insan onu narahat edən situasiyanın içinə düşdüyü zaman meydana çıxır. Belə insanlar onları narahat edən situasiyadan qaçmağa çalışırlar.

Aqorafobiyanın əlamətləri panik atakın əlamətləri ilə bənzər ola bilər:

  • ürək döyüntüsünün tezləşməsi
  • nəfəs almanın tezləşməsi
  • tərləmə
  • ürək ağrısı
  • ishal
  • özünü xəstə hiss etmə
  • baş gicəllənmə və s.

Koqnitiv əlamətləri:

  • ictimayətdə kontrolunu itirmə qorxusu
  • “İnsanlar mənə baxır, kim nə düşünür?” qorxusu
  • panik atak zamanı ürək dayanmasından və nəfəs ala bilməməkdən qorxmaq
  • bu vəziyyətdən utanma hissi və s.

Panik atak ilə əlaqəsi olmayan əlamətlər:

  • evdə tək qalma qorxusu
  • başqalarının yardımı olmadan həyatda qala bilməmək qorxusu və s.

Davranışla əlaqəli əlamətlər:

  • toplum olan yerdən qaçmaq
  • hər hansı yerə getdikdə yanında etibar etdiyi birini aparmaq
  • evdən çıxmamaq və s.

Diaqnoz əsasən “Diagnostic and statistical Manual of Mental Disorders” 5-ci  buraxılışının kriteriyaları əsasında qoyulur.

Əgər yuxarıda sadalanan hər hansı əlamətlər sizdə varsa mütləq həkim-mütəxəssisə müraciət etmək lazımdır.

 

Mənbə:

Msdmanuals.com  John W.Barnhill  aprel 2020.

 

Vüsalə Əliyeva

Pediatr, UNİCEF-in milli təlimçisi