Hər bir qadının həyatında hamiləlik dövr&u...
Bronxoektatik xəstəlik xroniki respirator xəstəlik olub, rentgeloji uzun sürən iltihab və infeksiya nəticəsində geridönməyən kiçik və orta ölçülü bronxların genişlənməsi ilə nəticələnən patoloji vəziyyətdir. Əsas şikayət xroniki nəm öskürəyin olması, qatı, yapışqan və qanlı bəlğəmin çətin çıxarılması, çəki itkisi, xışıltı, tənginəfəslik və s. Etiologiyasında əsas yeri kistoz fibroz (CF), allergik bronx-ağciyər asperqillyozu, genetik xəstəliklər – ilkin siliar diskineziya, alfa 1 antitripsin defisiti və s.
6 ayına qədər bronxoektaziya diaqnozu qoyulan uşaqların anamnezində mütləq ağciyərlərin xroniki xəstəliyi var. Davamlı produktiv öskürək bronxoektaza şübhə yaradır. Döş qəfəsi həddindən artıq genişlənir və funksional ağciyər probaları geridönməyən obstruktiv defektləri göstərir. Diaqnozu dəqiqləşdirmək üçün KT müayinəsi aparılır. KT-də tənəffüs yollarının genişlənməsi müşahidə olunur. Postinfeksion bronxoektazlarda KT-də genişlənmə əsasən aşağı paylarda müşahidə edilir. Həmçinin bronxoskopiya nəticəsində götürülən bəlğəmin əkilməsi aparılır.
Əsas müalicə prinsipi: tənəffüs yollarının qatı bəlğəmdən təmizlənməsi və infeksiyanın qarşısını almaq üçün antimikrob preparatların istifadəsindən ibarətdir. Mukosiliar klirensi yaxşılaşdırmaq məqsədilə döş qəfəsinin perkussion terapiyası aparılır. Mukoaktiv preparatlarla inqalyasiya öz təstiqini tapmamışdır.
Profilaktik peyvəndləmə aparılmalıdır: qripə, influenzaya qarşı, həmçinin 13 valentli və 23 valentli pnevmokok peyvəndi vurulmalıdır. Son araşdırmalar makrolidlərin istifadəsinə üstünlük verir.
2013 (“Bronchiectasis intervention study”) və 2018-ci ildə aparılan tədqiqatlar uzunmüddətli azitromicinin istifadəsinin residivlərin azaltmasını təstiqlədi. Yalnız QT intervalını uzadılması makrolidlərin əlavə təsir kimi qeyd edilir. İki beynəlxalq tədqiqat BEST-1 və BEST-2 bronxoektaziyanin müalicəsində öz təstiqini tapdı.
Avstraliya tədqiqatı BEST-1 14 günlük amoksasillin klavulanat terapiyası bronxoektazların kəskinləşməsi zamanı ən yaxşı terapiya kimi qeyd edilir. BEST-2 21 günlük azitromicinlə terapiya heç də geri qalmır. Xüsusilə penisillinə allergiya olduqda.
Əsas düzgün diaqnoz qoymaqdır, yəni bronxoektazın səbəbini aşkar etmək və düzgün müalicəyə başlamaq səbəbdən asılı olaraq uşaqların yaşayış səviyyəsini artırmaq, ölümü və residivləri azaltmaq minimuma qədər.
Mənbələr
Janet Serwint MD . Şima Qaffar Vey-Vey Li Djon B Xarrinqton fevral 2021
Pedsinreview.aappublications.org / pediatrics in review
Fikriniz
0
0