Hamiləlik ve toksoplazmoz

Toksoplazmozun törədicisi-Toxoplazma Gondi adlandırılan bir prazitdir. Sağlam immun sistemi olan insanlarda simptomsuz keçə bilir.

Toksoplazmoz nədir?

Dünya əhalisinin 1/3-i bu virusa yoluxduğu halda, bəzən heç bir əlaməti olmadığına görə insanlar fərqinə varmırlar. Hamiləlikdə bu virusa yoluxma baş verərsə, parazit dölə keçir və  yenidoğulmuşda kongenital (anadangəlmə) Toksoplazmoz adlandırılan ciddi bir infeksion proses yaranır. Hamiləlik zamanı toksopazmanın olması, hamiləliyin düşüklə sonlanmasına gətirib çıxara bilir. Hamiləlikdə Toksoplazmaya yoluxmanın baş verməsi  40% halda dölün də yoluxmasına gətirib çıxarır. 9 %-ə yaxın infeksiyaya bağlı uşaq ölümünə rast gəlinir.

Ən çox verilən suallardan biri:Toksoplazma hamiləliyə mane olurmu???

XEYR, maneə törətmir. Yalnız toksoplazma keçirən qadın hamilə qalmadan öncə 6 ay gözləməlidir. Bunun əsas səbəbi hamiləlikdən öncəki 3 ay və hamiləlik zamanı yoluxan toksoplazma parazitinin, uşaqda infeksion proses törətməsi riskidir.

Yenidoğulmuşda toksopazmozun əlamətləri: Hidrosefaliya (beyində su yığılması) ,mikrosefaliya (başın kiçik olması), intrakranial kalsifikasiya, çəpgözlük, retina anomaliyaları, korluq, əqli gerilik, qanazlığı, qanaxmalar və s. Buna görə də vaxtından əvvəl doğuş ola bilər. Dölün Toksoplazmoza hamiləliyin ilk aylarında yoluxma riski düşükdür. Hamiləliyin son aylarında yoluxma zamanı dölə keçməsi 60-80 %-dir.

Yoluxma yollarından başlıcası-pişiklərdir.

Hamilə qadında toksoplazmozun əlamətlətləri:

-yayılmış bədən ağrısı, başağrısı, qızdırma, limfa düyünlərində böyümə, halsızlıq və yorğunluq.

Aşkara çıxarmaq üçün qanda igM və G antikorları yoxlanılır. Yoluxmadan 7-30 gün sonra İgA və İgM pozitiv olur. İg M yoluxmanın başlanğıcında yüksəlir və 18 aya qədər serumda aşkarlana bilir.

Xəstəlik dölə transplasentar yolla keçir, ona görə də doğumun təbii və ya qeysəriyyə yolu ilə olmasına heç bir əks-göstəriş yoxdur.

 

Nərmin Həsənli

Mama-ginekoloq