Kəsmə bacarıqlarının inkişafı-1

İnkişaf etdirilən sahə: kiçik motorika, əl-göz koordinasiyası

Yaş: 3+

Material: qayçı və çap olunmuş şablonlar. Şablonlar aşağıda verilib.

Prosedur: Uşağa (aparıcı əli nəzərə alaraq) çap olunmuş materiallar verilir. Bütün materiallarda müxtəlif əşyaların təsviri və onların ətafında qırıq xətt verilir. Uşağa həmin qırıq xətt üzərindən qayçı ilə əşyanı kəsmək təklif olunur. İlkin addımlarda bu proseduru uşağın arxasına əyləşərək arxadan əlini qayçıya uyğun tutamaqla kömək olursunuz. Sonda uşaq qayçını düzgün tutmaq və fiqurları kəsmək bacarığı əldə etməlidir.

Qeyd: Qayçı ilə işləyərkən uşaq daima yetkinin nəzarətində olmalıdır.

 

Babayev Murad

Uşaq inkişafı üzrə mütəxəssis, psixoloq

 

-------------------------------------------------------

Siçana pendirə çatmaq üçün kömək ol

 

Maşınlara qarajlarına girməyə kömək ol

 

Sincaba göbələkləri yığmaq üçün kömək ol