Normal sidik ifrazına nəzarət edilməsi adətən 3...
Gəlin, uşaqlarda inkişaf problemlərinin niyə baş verdiyini nəzərdən keçirək və bunların qarşısını almağın mümkün olub-olmamasını araşdıraq.
Bunun üçün biz ilk növbədə inkişaf problemlərinə səbəb olanrisk faktorlarını bilməliyik. Qeyd etmək istəyirəm ki, uşağın inkişafı və risk faktorları deyəndə çox hallarda doğulandan sonrakı dönəm vəbu dönəmə təsir edən faktorlar başa düşülür. Amma əslində belə deyil.Uşaq mayalanma anından etibarən inkişaf etməyə başlayır. Və məhz həmin dövrdən başlayaraq onun inkişafına mənfi yöndə təsir edənmüxtəlif faktorlarla üzləşə bilər. Bu faktorların bəziləri bizdən asılı olmasa da, məsələn: genetik faktorlar, bəziləri bizdən asılıdır, yəni bunları aradan qaldırmağımız mümkündür.
Bizdən asılı olan faktorlar ətraf mühit amilləridir ki, bunlar istərbətndaxili dövrdə, istərsə də doğumdan sonra uşağa təsir edəndəuşaqda inkişaf problemlərinə səbəb ola bilər. Bətndaxili dövrdə bir çox amillər var ki, məsələn: qadının yaşı, hamiləlik vaxtı kifayət qədər qidalanmama və ya keyfiyyətsiz qidalanma, mütəmadi olaraq stress altında olmaq, bəzi zərərli kimyəvi maddələrin təsirinə məruz qalmaq,dərman vasitələri, rentgen şüaları da ola bilər, bəzi vitamin və mineral maddələrin çatışmazlığı da bu faktorlardandır. Xüsusən fol turşusu,uşağın sinir sisteminin inkişafında, yəni hamiləliyin ilk həftələrində(8-12) çox önəmlidir, çatışmazlığı zamanı sinir sistemində müxtəlifanomaliyalara rast gəlinir. Bilmək vacibdir ki, fol turşusunun hamilə olduqdan sonra deyil, hamiləlik planlaşdırılarkən qəbul edilməsi və həmçinin hamiləliyin ilk 3 ayında qəbulunun davam etdirilməsi çox önəmlidir.
Doğuşdan sonrakı dönəmə təsir edən faktorlar isə müxtəlifdir.Qidalanma, xəstəliklər, qəzalar və s. bunlar hər kəsə məlum olan faktorlardandır. Doğru zənn edilən yanlışlar da vardır ki, məsələn vaksinlər bu yanlışlardandır.
İlk olaraq aydınlaşdırmaq lazımdır ki, hansı xəstəliklərə qarşı vaksinasiya aparılır: təhlükəli, ölümcül nəticələrə və ya əlilliyə səbəb ola biləcək, ağır gedişli, kütləvi yayılan xəstəliklər.
Təəssüflər olsun ki, vaksinlərin sonsuzluq, serebral iflic və ya autizmə səbəb olduğu kimi yanlış fikirlər kütlə içərisində çox geniş yayılmışdır. Vaksinlərin müxtəlif növləri mövcud olduğu kimi onların təsirləri də müxtəlifdir və onların istifadəsi üçün müxtəlif əks göstərişlər vardır. Bilməyimiz lazımdır ki, sağlam, heç bir nevroloji problemi olmayan uşaqlarda vaksinlərin hər hansı bir xəstəliyə səbəb olması barədə fikirlər yanlışdır. Bəzi vaksinlərdən sonra temperatur, əzələ ağrıları kimi şikayətlər ola bilər. Amma bu sağlam uşaqlarda əlbəttə ki, izsiz şəkildə sonlanır. Nəticədə uşaq vaksin vurulan xəstəliyə qarşı immunitet qazanmış olur.
Hər bir valideyn vaksin və həmin vaksinin qoruduğu xəstəlik barədə yaxşıca məlumat toplamalı, daha sonra qərar verməlidir və öz uşağının həyatını risk altına atmamalıdır.
Doğuşdan sonrakı dönəmə təsir edən uşağın mütəmadi zorakılığa məruz qalması, inkişafı üçün stimulların olmaması (burda erkən uşaqlıq təhsilini xüsusi vurğulamaq lazımıdır), həmçinin həmyaşıdlarının zorbalığı uşağın inkişaf geriliklərinə səbəb ola bilər.
Təəssüflər olsun ki, uşaq inkişafı dedikdə fiziki inkişafa daha çox üstünlük verilir, ancaq uşağın emosional-psixoloji inkişafına olan təsirlər diqqətdən kənarda qalır, məsələn ətraf mühit, xüsusilə ailə mühiti. Ailə ortamının uşağın formalaşmasında rolu təxmin etdiyimizdən çox böyükdür. Uşaq ilk əlaqələrini öz ailəsində qurur və məhz bu əlaqələr də gələcəkdə onun digərləri ilə əlaqələrini formalaşdırmasında, onun xarakterinin formalaşmasında ümumilikdəisə inkişafında müstəsna rol oynayır.
Uşaqların sosial və emosional inkişafında ana-atanın valideynlikmünasibəti çox önəmlidir. Çünki bu münasibətin uşaqların davranışları üzərində təsiri böyükdür. Ana-atalar avtoritar, zorakı, çox qoruyucu, hədsiz yumşaq və ya demokratik ola bilərlər. Hər bir münasibətin də özünün uşaq inkişafında özünəməxsus rolu və formalaşdırdığı uşaq tipləri var. Avtoritar valideyn münasibətində valideynlər dəyişməz qərarlar qoymağa meyllidirlər və bütün buqərarları özləri qəbul edirlər, uşağa özləri ilə əlaqədar qəraralar verməyə, bu qərarları sorğulamağa icazə vermirlər. Belə şərtlərdə yetişən uşaqlar mənlik və özgüvən duyğuları aşağı, çox qayğılı, çəkingən, utancaq, başqalarının təsiri altına tez düşən, zəif dostluq münasibətləri quran və adaptasiya problemləri yaşayan uşaqlardır.
Ailənin tək uşağına aşırı dərəcədə qoruyucu valideyn mövqesi nəticəsində belə uşaqlar adətən asılı, özbaşına qərar verə bilməyən,soruşmadan bir şey etməyən, çəkingən uşaqlar olurlar.
Uşağın ailədəki doğum sırasının uşağın inkişafında təsirinin olduğunu bir çox valideynlər bilmirlər. Gəlin uşağın kiçik, böyük və ya ortancıl övlad olmasının onun inkişafında necə rol oynadığını nəzərdən keçirək. Adətən valideynlərin ilk övladdan gözləntiləri çoxolur və onların uğurlu, qaydalara əməl edən, standartları yüksək, istedadlı bir uşaq olaraq yetişməsini istəyirlər. Və buna görə dəvalideyn olaraq əllərindən gələni etməyə çalışırlar. Həqiqətən də buuşaqlar bu keyfiyyətlərin bir çoxunu qazansalar da, uğurlu olsalar daözgüvənləri aşağı olur, yaşıdları ilə münasibətlərində problemləryaşayırlar, sanki erkən böyüyürlər.
Ailənin sonbeşiyi isə tamamən fərqli olur. Əslində o ilk uşağa bənzəyir amma o erkən böyümür, əksinə uzun müddət uşaq qalır.Amma sonbeşiklər böyüklərin diqqətini daha çox cəlb edə bilmək kimi bir xüsusiyyətə malik olurlar.
Ortancıl uşaqlar adətən böyük və kiçik uşaqların təzyiqi altında olur, amma onlar daha müstəqil, nəzakətli, qayğısızdırlar. Onları daha asanlıqla məmnun etmək olur.
Yadda saxlamaq lazımdır ki, uşağın xarakteri ana-ata-uşaqmünasibəti əsasında formalaşır.
Ülviyyə Mirzəyeva
Uşaq inkişafı üzrə mütəxəssis, həkim
Fikriniz
0
0