Normal sidik ifrazına nəzarət edilməsi adətən 3...
Qızılca infeksiyasına (Measles morbilivirus) yoluxma üçün ən təhlükəli dövr hamiləliyin birinci trimestridir (ilk 12 həftəyə qədər).Çünki bu müddət ərzində virus infeksiyası döldə bətndaxili qüsurlara və özbaşına düşüklərə səbəb ola bilər.
İnfeksiyadan qorunma üçün yeganə effektiv metodvaksinasiyadır. Lakin vaksin hamiləlikdən öncə tədbiq olunmalıdır.Əfsuslar olsun ki, qızılca virusunu məhv edən dərman vasitəsi yoxdur, bütün müalicə metodları simptomatikdir və orqanizmə infeksiya ilə mübarizə aparmaqda köməklik etmək üçün tədbiqolunurlar.
Qızılcanın əlamətləri nələrdir?
İnkubasiya dövrü (yoluxmadan ilk kliniki əlamətlərin ortaya çıxmasına qədər) 1-2 həftə təşkil edir. İnfeksiyaya yoluxan hamilələri yüksək bədən temperaturu, öskürək, burun tutulma,konyunktivit və işığa həssaslıq, baş ağrısı narahat edir. Ağız boşluğunda, damaqda qırmızı səpkilər, 1 gün sonra isə yanaqların selikli qişasında ağımtıl ləkələr əmələ gəlir. Bir neçə gün sonra qızılca səpkiləri üz, boyun, qulaq ətrafı nahiyyələri, daha sonra isə bütün bədəni əhatə etməyə başlayır. Məxmərəkdən fərqli olaraq qızılca səpkiləri bir-biri ilə birləşmir və bu xəstəlik həkim – mütəxəssis tərəfindən aydın ayırd oluna bilir.
Qızılcaya necə yoluxurlar?
Qızılca insana hava-damcı yolu ilə - yəni söhbət, öskürək,asqırma zamanı keçir. Qızılca virusu ətraf mühitdə çox yaşamasada, xəstə insanlarla sıx kontaktlar zamanı (xüsusi ilə evdə uşaq xəstə olduqda) hamilələrə keçmək ehtimalı yüksək olur. İnkubasion dövrdə insan qızılca infeksiyasının daşıyıcısı olur,bununla da ətrafındakı insanları yoluxdura bilir. Kliniki əlamətlərin əmələ gəlməsindən 5 gün sonra yoluxdurma riski azalır.
Hamiləlikdə qızılcanın təhlükəsi nədən ibarətdir?
Xəstəliyin özü çox zaman yüngül keçir. Lakin hamiləlik dönəmində qızılca infeksiyası həm dölün, həm ananın orqanizminə ciddi təhlükələr yarada bilər. Belə ki, hamilələrdə qızılca pnevmoniyasının (ağ ciyərlərin iltihabının) riski hamilə olmayan qadınlarla müqayisədə 3 dəfə artır. Məxmərək virusundan fərqli olaraq qızılca virusu teratogen sayılmır. Lakin qızılcaya yoluxan hamilələrdə spontan düşük təhlükəsi və vaxtından əvvəl doğum riski artır (20-60%), hamiləliyin ilk trimestrində (12 həftəsinə qədər) daha təhlükəli sayılır. Daha sonrakı həftələrdə ciftinqoruyucu fəaliyyəti nəticəsində virusun dölə mənfi təsiri azalır.Hamiləliyin son həftələrində xəstələnən qadınlarda doğuş zamanı dölü yoluxdurma riski yüksək olur.
Xəstəliyin diaqnostikası
Hamiləlik planlayan qadınlara qanda qızılcaya qarşı antikorların təyini tövsiyə olunur. Bu antikorlar qadının qızılcanı keçirtdiyi haqda məlumat verir və bu xəstəliyə qarşı immunitetin (müqavimətin) olduğunu bildirirlər.
Qızılca diaqnozu simptomlar əsasında qoyulur. Xəstəliyin əlamətləri çox tipik olduğundan əlavə analizlərə çox vaxt ehtiyac qalmır. Şübhəli hallarda laborator analizlər təyin edilir. Qızılca zamanı dölün bətndaxili vəziyyətini dəqiq olaraq təyin etmək mümkün deyil. Lakin müassir tibbdə prenatal diaqnostika metodları mövcuddur. Prenatal diaqnostika dölün bətndaxili inkişaf dövründə rast gəlinən irsi və qazanılmış patologiyaların doğuşa qədər aşkarlanmasıdır. Bunlardan NİPT (non-invaziv prenatal diaqnostika testi), amniosentez və ətraflı ultrasəs müayinəsi kimi metodikaları qeyd etmək olar.
Hamilələrdə qızılcanın müalicəsi
Müalicə simptomatikdir. Müalicə preparatları yalnız xəstəliyinəlamətlərini aradan qaldırmağa köməklik edir. Gələcək analara yataq rejimi, bol maye qəbulu, hərarət salan dərmanlar məsləhət görülür. Qızılcada pnevmoniya və yaxud başqa ağırlaşmalar yaranarsa hospitalizasiya və xəstəxana şəraitində müalicə tövsiyə olunur.
Fidan Həsənova
Ginekoloq
Fikriniz
0
0