Hər bir qadının həyatında hamiləlik dövr&u...
Süd dişləri çəkilməlidirmi?
Süd dişləri aşağıdakı hallarda çəkilə bilər:
- periodontal yararsız dişlər;
- müalicəyə yararlı olmayacaq qədər çürük dişlər;
- daimi dişin çıxmasına maneə törədən süd dişləri;
- ortodontik səbəblər;
- restovrasiya edilə bilməyəcək qırıq dişlər;
- gömülü dişlər;
- iltihablı və ya lezyonlu dişlər;
- endodontik müalicə edilə bilməyəcək dişlər.
Həkim dişin çəkiminə qərar verdikdən sonra adətənradyoqrafik müayinə edilir, uşağa bütün prosedur izah edilir.
Süd dişləri də mütləq şəkildə lokal anesteziya altında yəni, keyidilərək çəkilməlidir. Cəmiyyət arasında süd dişinin kökü yoxdur düşüncələri olsada, süd dişlərinin kökü vardır. Sadəcə çoxmobil oynayan dişlər və ya qırılıb qalan kiçik parçalar gel vasitəsiilə çəkilə bilər. Digər bütün hallarda mütləq anestetik istifadəedilməlidir. Diş keyidildikdən sonra uşağa alətlərin funksiyasınıonu qorxutmadan izah etmək lazımdır və mümkün qədər incəhərəkətlərlə diş ağız boşluğundan uzaqlaşdırılmalıdır.
Çəkim sonrası mütləq diqqət edilməli qaydalar:
- uşaq və ailəsinə ətraflı məlumatlar verilməli, keyləşdiricinintəsiri keçmədən yemək yeyilməməlidir (yanaq və ya digəryumuşaq toxumalar dişlənilsə ciddi travmalara səbəb ola bilər);
- qüvvətli qarqara edilməməlidir;
- uşaqlara tüpürməmək lazım olduğu öyrədilməlidir;
- biraz ağrı, bəzi hallarda isə şişkinliyin olması normal qəbuledilməlidir;
- gün ərzində həddindən artıq isti və ya soyuq qidalanmaolmamalıdır;
- çərəz, popcorn kimi xırda və çəkim nahiyəsinə dola biləcəkqidalardan istifadə edilməməlidir;
- mütləq həmin nahiyə təmiz saxlanılmalı, fırçalanmaya nəzarətedilməlidir;
- süd dişlərinin vaxtından əvvəl çəkilməsi zamanı lazım olan hallarda yer tutucudan istifadə edilməlidir.
Yertutucunun istifadə səbəbləri:
- mövcüd diş düzümünü qorumaq;
- erkən çəkimlərdə dişlərin əyilməsinin qarşısını almaq;
- bəzən estetik, fonetik səbəblərlə yaranacaq problemləri ortadan qaldırmaq.
Adətən çəkilən dişin sayına və pozisiyasına uyğun yer tutucu növü seçilir. Əsas 2 yer tutucu növü var: sabit yəni hərəkətsiz vəhərəkətli yer tutucular (bunlar bəzən ortodontik səbəblə də istifadəedilir). Əgər daimi dişin üzərində 1 mm-dən az sümük qalıbsa vədaimi dişin çıxmağına 6-9 ay varsa yer tutucu istifadəsinə ehtiyacyoxdur.
Diş çəkimi sonrası 6 aylıq periodlarla müayinə şərtdir. Bu hallarda uşağın gigiyenası, yer tutucuda aşınma və ya toxumadairritasiya olub olmadığı dəyərləndirilməlidir. Təbii ki altdaki daimi dişin pozisyasına da baxılmalıdır.
Nəzrin Rəsulzadə
Həkim-stomatoloq
Fikriniz
0
0