Nitq qüsurları

 

Autizm sindromlu uşaqlarda rast gəlinən nitq qüsurları:

·      sensor alaliya;

·      senso-motor alaliya;

·      dislaliya;

·      mutism (psixoloji susqunluq);

·      səs pozulmaları (disfoniya funksional);

·      yazı və oxu pozulmaları (disqrafiya - aqrafiya, disleksiya - aleksiya);

·      nitq inkişafının ləngiməsi;

·      nitq inkişafının geriliyi;

·      nitqin kommunikativ funksiyasının pozulması;

·      rinolaliya;

·      rinofoniya.

 

Daun sindromlu uşaqlarda rast gəlinən nitq qüsurları:

·      dizartriya;

·      alaliya;

·      səs pozulması (disfoniya);

·      rinofoniya;

·      kəkələmə;

·      yazı və oxu vərdişinin pozulması;

·      dislaliya.

 

Əqli qüsurlu uşaqlarda rast gəlinən nitq qüsurları:

·      nitq inkişafının ləngiməsi (3 yaşa kimi);

·      nitq inkişafının geriliyi (3 yaşdan sonra);

·      alaliya;

·      dizartriya;

·      rinolaliya;

·      nitqin tempo ritmik tərəfinin pozulması;

·      yazı və oxu pozulmaları;

·      dislaliya (sadə, mürəkkəb);

·      səs pozulmaları.

 

Kar və zəif eşidən uşaqlarda rast gəlinən nitq qüsurları:

(Qüsur eşitmənin dərəcəsindən asılıdır)

·      I dərəcədə - dislaliya, aqrammatizm;

·      II dərəcədə - dislaliya, aqrammatizm;

·      III dərəcədə - senso-motor alaliya, nitq inkişafının geriliyi, səs pozulmaları (disfoniya, afoniya), yazı və oxu vərdişinin pozulmaları;

·      IV dərəcədə - nitq olmur, senso-motor alaliya, nitq inkişafının geriliyi I dərəcəli, səs pozulmaları, yazı və oxu pozulmaları.

 

Bunları bilmək vacibdir!

Hansı yaş dövründə uşaqlar hansı səsləri düzgün tələffüz etməli, nə qədər söz ehtiyyatları olmalı və cümlə qurma bacarıqları necə olmalıdır.

0-1 yaş arası:

·      [a, o, u, p, m, b] səslərini düzgün tələffüz etməli;

·      20-ə yaxın söz ehtiyatı olur (deyir);

·      ağlamaq (doğulduğu gündən başlayır);

·      qığıldamaq (2-3 aylarında);

·      hecalar (5-6 aylarında);

·      ilk sözlər (10-12 aylardan “ana”, “ata” və s.);

·      əşyaların adlarını bildirir (bir hecalı isimlər);

·      müraciətləri yerinə yetirir.

 

1-2 yaş arası:

·      [i, q, k, t, d] səslərini düzgün tələffüz etməli;

·      300-ə yaxın söz ehtiyatı olur (deyir);

·      əşyanın adını, hərəkətliyini bildirən sözlərdən istifadə edir (isim, fel);

·      kiçik cümlələri qurur (“Ana, gəl”, “Nənə ver”);

·      ilk sualları verməyə başlayır;

·      ilk nəticələri anlayır.

 

 2-3 yaş arası:

·      [x, v, y, f] səslərini düzgün tələffüz etməli;

·      800-ə yaxın söz ehtiyatı olur (deyir);

·      əşyaların əlamətini bildirən sözlərdən istifadə edir (sifət);

·      bağlayıcılar ilə söz birləşmələri qurur (ata və mən);

·      şəxs əvəzliklərindən istifadə edir (mən, sən, o, biz);

·      cümlələri 3-4 sözdən ibarət olur.

 

3-4 yaş arası:

·      [y, l, s, e, ı, z, ç] səslərini düzgün tələffüz etməli;

·      2000-ə yaxın söz ehtiyatı olur (deyir);

·      əşyanın yerini, sayını bildirən sözlərdən istifadə edir (zərf, say);

·      qafiyəyə uyğun danışır;

·      şeirlər bilir;

·      geniş cümlələr qurur.

 

4-5 yaş arası:

• [s, z, c, ç, ş, j] səslərini düzgün tələffüz etməli;

• 4000-ə yaxın söz ehtiyatı olur (deyir);

• mürəkkəb cümlələr qurmalı;

• əşyaların təsnifatını verməli, deməli;

• şəkil üzrə danışmalı (5-6 yaş arası);

• [r, l] səslərini düzgün tələffüz etməli;

• 5000-ə yaxın söz ehtiyatı olur (deyir);

• nitqin bütün tərəflərini düzgün istifadə edərək kommunikasiyaya daxil olmalı (fonetik, leksik, qrammatik).

 

Ələkbərov Bəhram

Defektoloq-loqoped