Uşaqlar analarından sevgi və e...
Qorxu nədir?
Qorxu təhlükəli amillərin təsirinə cavab olaraq yaranan, özünüqoruma instinktinə əsaslanan bir hissdir. Uşaqlarda qorxuların spesifik xüsusiyyəti budur ki, bu qorxular birbaşa təhlükə ilə əlaqəli deyil. Uşaqlarda qorxular əsasən yaxın insanlardan aldıqları məlumatlar və bu məlumatları öz təsəvvür və təxəyyüllərində canlandırmaqdan yaranır.
Uşaqlıq qorxularının səbəbləri
Uşaqlıq qorxularının ən əsas səbəbi yaşanan travmatik vəziyyətdir. Məsələn, bir uşağı it dişləyirsə, gələcəkdə itlərdən qorxması ehtimalı yüksəkdir. Valideynlər körpəni nağıl personajları ilə qorxudaraq, öz məqsədlərinə çatmağa çalışırlarsa, uşaq tək və ya qaranlıqda qalmaqdan qorxa bilər. Valideynlər tez-tez belə ifadələrlə işlədir: “Ehtiyatlı ol, yıxılarsan, ayağını sındırarsan." Bu cür ifadələrdən uşaq yalnız ikinci hissəni qavrayır. Hələ də nə üçün xəbərdar edildiyini tam başa düşməyərək uşaq davamlı qorxulara çevrilə bilən narahatlıq hissi ilə dolur. Ailədə müxtəlif konfliktlər və müzakirə olunan hadisələr uşaqların diqqətindən kənarda qalmır, bu da qorxu hissinə əsas yaradır.
Uşaq qorxularının əsasında müxtəlif səbəblər dura bilər:
Qorxuları üç növə ayırmaq olar:
Uşaq bu qorxuları müəyyən şəraitdə yaşayır, bu da panikaya səbəb ola bilər. Məsələn, yüksəkliklərdən, açıq sahələrdən, geniş kütlə toplanan yerlərdən və s.
Belə qorxuların olması uşağın psixikasında ciddi problemlərin olduğunu göstərir. Onların səbəbini tapmaq və məntiqli izah etmək mümkün deyil. Məsələn, bir uşaq müəyyən bir oyuncaq ilə oynamaqdan, müəyyən paltar geyinməkdən, çətir açmaqdan və s. qorxur. Ancaq körpənizdə belə bir qorxu hissi müşahidə etsəniz, dərhal narahat olmamalı, səbəbini tapmağa çalışmalısınız. Bəlkə də obyektiv səbəblərə görə müəyyən bir oyuncaq ilə oynamaq istəmir. Məsələn, o, bu oyuncaq ilə oynayanda yıxılıb və bu oyuncaq onda ağrı ilə assosiasiya olunur.
Bu qorxular uşağın xəyalının məhsuludur. Buna 90% hallarda rast gəlinir. Əvvəlcə bu cür qorxular həyatdakı müəyyən bir vəziyyəti ilə əlaqələndirilir. Lakin sonra uşağın düşüncələrini o qədər zəbt edir ki, o başqa heç nə barəsində düşünə bilmir. Məsələn, uşaqların xəyalında qaranlıq qorxusu əcaib məxluqlarla assosiasiya olunur.
Yaşla əlaqəli uşaqlıq qorxuları
Psixoloqlar müəyyən bir yaş dövründə ortaya çıxan, düzgün inkişaf zamanı yox olan qorxuları, normaya uyğun hesab edirlər:
Uşağımıza necə kömək edə bilərik?
Aradan qaldırılmayan qorxular həmyaşıdlarla ünsiyyət qura bilməmək, aqressivlik, sosial uyğunlaşmanın olmaması, nevroz və komplekslər kimi mənfi nəticələrə səbəb ola bilər. Uşağa kömək etməyin ilk addımı qorxunu müəyyənləşdirməkdir. Valideyn uşağın qorxuları barədə çox yumşaq, rahatlıqla, heç birinin üzərinə diqqət yönəltməyərək soruşa bilər. Qorxu hallarını müəyyən etdiyiniz zaman, sakit reaksiya verin, çünki uşaq sizin emosional vəziyyətinizi oxuyur. Qorxu anında uşadan hansı orqanının narahatlıq keçirdiniyini soruşun, daha sonra birlikdə rahat və dərindən nəfəs alın, narahatlıq keçirən bədən üzvlərinin necə sakitləşdiyini təsəvvürünüzdə canlandırın.
Körpəni qucaqlayın, fiziki olaraq onu necə qoruduğunuzu hiss etdirin. Toxunma təması həmişə qorxu və stresi rahatlaşdıran ən təsirli vasitədir. Başqa bir effektiv metod körpə ilə birlikdə qorxu haqqında nağıl yazmaqdır. Nağılın sonu əsas qəhramanın bu qorxu üzərində qələbəsi ilə bitməlidir.
Qorxunun rəsmini çəkmək də maraqlı və faydalı bir fəaliyyətdir. Rəsm çəkən zaman söhbət aparın, uşaqdan qorxusu barədə soruşun və həll yollarını axtarmağı təklif edin. Sonda qorxunun rəsmini yandıraraq uşaqğa izahla təlqin edirsiz ki, qoru artıq məhv oldu və onu bir daha narahat etməyəcək.
Bundan başqa, səhnələşdirmə və ya oyun qorxularla mübarizədə çox yaxşı təsir göstərir. Bu metod əsasən qrup şəklində tətbiq olunur. Belə ki, uşaqlar qorxuları haqqında hekayələr hazırlayır və bu onu rollu oyunlar vasitəsilə canlandırırlar. Əlbəttə ki, sonra qorxu üzərində qələbə çalınır.
Bütün bunlar faydasızdırsa və uşağın qorxuları hələ də davam edirsə, mütləq psixoloqa müraciət etmək lazımdır.
Fikriniz
0
0