Hamiləlik zamanı mikronutriyentlər (fol turşusu, dəmir)

Fol turşusu

Hamiləlik zamanı qan azlığının (anemiya) qarşısını almaq və dölün inkişafı üçün fol turşusu qəbul etmək tövsiyə edilir. Hətta yaxşı olardı ki, hamiləlikdən ən azı bir ay əvvəl qadın fol turşusu qəbul etsin (gündəlik 400 mg). Bunun üçün dəraman preparatından başqa fol turşusu (folat) ilə zəngin olan paxlalı bitkilər, sitrus və yaşıl yarpaqlı tərəvəzlər qəbul etmək tövsiyə olunur. Qeyd etmək vacibdir ki, hamiləik zamanı təbii folat orqanizmin ehtiyaclarını tam təmin etmədiyinə görə fol turşusunu əlavə kimi qəbul etmək zərurəti yaranır.

Hamiləliyin ilk üç ayında fol turşunun qəbulu xüsusilə vacibdir, çünki həmin vaxt uşaqda sinir sistemi formalaşır və fol turşusu sinir borusunun qüsurlu olma riskini azaldır. Fol turşusu B qrup vitaminlərə aiddır və DNT-nın  qurulması üçün lazımdır  (DNT bədənin hər hüceyrəsinin əsas komponentidi).

Dəmir

Hamiləliyin üçüncü ayının sonunda və doğuşdan 6 həftə sonra hər gün        30mq dəmir qəbulu tövsiyə olunur. Hətta dəmir və fol turşusunun kombinə olunmuş birləşməsini qəbul etmək olar. Bundan başqa, dəmirlə zəngin olan heyvan (yağsız dana əti, hind toyuğu əti) və bitki mənşəli qidaları da qəbul etmək lazımdır. Bitki mənşəli məhsullara isə müxtəlif növ paxlalı bitkilər (məsələn, lobya, mərci, maş), yulaf yarması, quru meyvələr, badam, qoz-fındıq daxildir. Süd və süd məhsulları, qəhvə və çay dəmirin mənimsənilməsinə mane olduöundan yuxarıda tövsiyə olunan qidalarla birgə yeyilməsi məsləhət görülmür. 

C vitamini dəmirin mənimsənilməsinə kömək edir və buna görə dəmir əlavəsini  C vitamini ilə zəngin olan qidalarla (sitrus meyvələri, pomidor, bibər, kivi, yemiş və kələm) birlikdə qəbul etməyiniz tövsiyə olunur. 

Hamiləlik dövründə qanın həcmi artır, çünki dölün qan ehtiyaclarının ödəməliməsi üçün daha çox dəmirə ehtiyac olur. Dəmir çatışmazlığı  qadında yorğunluq, zəiflik, baş ağrısı, nəfəs darlığı və nəbzin artması kimi simptomlara səbəb ola bilər.  Bundan əlavə, hamiləlik dövründə döldə dəmir ehtiyatları yaranır.