Erkən uşaqlıq dövründə olan yuxu problemləri ilə yeniyetməlik dövründə meydana çıxan psixi pozuntular arasında əlaqə

Nəzəri və empirik tədqiqatlar sinir sistemi tərəfindən olan və hormonal  dəyişikliklər səbəbi ilə yeniyetməlik dövrünün psixoz və sərhəd şəxsiyyət pozuntusu da (SŞP) daxil olmaqla bir çox psixi pozuntunun başlanğıc inkişaf dövrü olduğunu göstərir. Effektiv müdaxiləni təmin etmək və yüksək risk altında olanları müəyyənləşdirmək üçün yeniyetmələr arasında artan psixopatoloji simptomlar ilə əlaqəli müvafiq amillərin müəyyənləşdirilməsi vacibdir.

Körpələrdə və kiçik uşaqlarda olan spesifik yuxu problemləri ilə yeniyetməlik dövründə psixi pozuntular arasında əlaqənin olduğunu müəyyən etmək üçün Birmingem Universitetinin Psixologiya fakültəsindən bir tədqiqat komandası təxminən 30 il əvvəl İngiltərədə həyata keçirilən və 14.000 körpəni və analarını əhatə edən "90-cı illərin uşaqları" adlı bir araşdırmanın məlumatlarını nəzərdən keçirmişdir. 

Yuxu insan həyatının üçdə birini əhatə edərək, beynin fəaliyyətinin və psixi sağlamlığın ən vacib parametrlərindən biridir. Uşaqlıq dövründə kifayət qədər yuxu optimal idrak və emosional fəaliyyət üçün vacibdir. Eyni zamanda yuxu psixopatoloji simptomlar ilə əlaqəli əsas amillərdən biridir. 

Nəticələr yuxusuzluğun psixozun inkişafına kömək etdiyinə dair mövcud dəlilləri dəstəkləyir, eyni zamanda bu problemlərin psixi pozuntuların başlamasından illər əvvəl meydana çıxa biləcəyini göstərir. Tədqiqatçılar erkən uşaqlıq dövründə gecələr tez-tez oyanmağın, nizamsız yuxu rejiminin və davamlı kabusların  yeniyetmələrdə olan psixi pozuntular və psixopatoloji problemlər ilə əlaqəli olduğunu müəyyən etdilər. Gecələr az yatan, tez-tez oyanan və daha gec yatan uşaqlarda yeniyetməlik  dövründə sərhəd şəxsiyyət pozuntusu (SŞP) diaqnozuna daha çox rast gəlindiyi də aşkar olunub.

 

Mənbələr

  1. Dawn O'Shea. Infant Sleep Problems May Signal Mental Disorders in Adolescents - Medscape - Jul 09, 2020 

  2. JAMA Psychiatry . 2020 Jul 1 : e201875.

  3. doi: 10.1001/jamapsychiatry.2020.1875