Dizartriya nitqin tələffüz tərəfinin və ni...
3 yaşından başlayaraq oyun çağına qədəm qoyan uşaq saymaq,mahnı oxumaq, şeir öyrənmək və ətraf aləm haqqında suallar verməkkimi sahələrdə dil və koqnitiv bacarıqlarını inkişaf etdirir və onlarınidrak qabiliyyətləri yaxşılaşır. 3 yaşlı uşaq ətrafında özündən asılıolmayan bir dünyanın varlığını və bu dünyanın içində bir fərdolduğunu qəbul edir. Bu mərhələdə uşaqda özünəməxsus mənlik vəcinsiyyət hissi formalaşır.
3-4 yaşında uşaqlar qrup halında oynamağa başlayır, oynayarkənbir-biri ilə danışır, qrupda nə ilə oynamaq istədiklərini seçirlər. Ənümumi davranış bir-birini izləmək və danışmaqdır.
3 yaşlı uşağın nitq qabiliyyəti şəxsiyyətlərarası münasibətlərininkişafında böyük rol oynayır. Piajenin dediyi kimi, uşaq getdikcəözünə yönümlü (eqosentrik) vəziyyətdən sosial yönümlü(sosiosentrik) olmağa doğru sürətlə irəliləyir. Piajenin fikrincə, 3-6 yaş arası uşaqların nitqi "eqosentrik" olur. Eqosentrik nitq “uşağınoyun oynadığı və ya fəaliyyət zamanı kiminlə danışdığını və yabaşqası tərəfindən dinlənilib-dinlənilmədiyini bilmək ehtiyacıgörmədən etdiyi danışma” kimi nəzərdən keçirilir.
3 yaşlı uşaq minimal 250 söz, maksimal 1000 söz bilməli və 3 sözdən ibarət cümlələr qurmağı bacarmalıdır. Sadə cümlələrlə birmövzudan digərinə keçə bilir. “Mən” və “Sən” sözlərindən düzgünistifadə edə bilir. Keçmiş, indi və gələcək anlayışlarını anladıqca, zamanı bildirən sözlərdən istifadə etməyə başlayır və bəzi sadə önsözlərdən düzgün istifadə edir.
3 yaşlı uşağın müxtəlif rənglər haqqında anlayışı var. O, müəyyən sözlərin rənglərin adları olduğunu bilir, lakin hansı adınhansı rəngə aid olduğunu bilmir. Mavi rəngin adını soruşduqdaqırmızı deməsi normaldır.
Anara Quliyeva
Klinik psixoloq
Fikriniz
0
0