Normal sidik ifrazına nəzarət edilməsi adətən 3...
Amnion mayesi nədir?
Dölün amnion kisəsində olan və onu qorumaqla bərabər, bir çox başqa funksiyaları olan su dölyanı maye adlanır. Döl bu mayenin içərisində inkişafını tamamlayır. Döl üçün vacib olan zülal, karbohidrat və yağlar dölyanı mayenin tərkibinə daxildir.Amnion sarı və şəffaf olur. Yumurtahüceyrə kişi cinsi hüceyrəylə mayalandığı andan etibarən uşaqlığın divarına yapışır və dölyanı mayenin inkişafı başlayır.
Dölyanı mayenin əsas xüsusiyyətləri:
• Şəffaf və açıq sarı rəngdədir.
• Ən yüksək səviyyəsi hamiləliyin 34-36-cı həftələrində olur və 800 ml-ə qədər çatır.
• Miqdarının çox olmasına polihidroamnion, az olmasına oliqohidroamnion deyilir.
• Dölyanı maye 99% su, inorqanik duzlar, orqanik maddələr və dölün ifrazatından ibarətdir.
• Özəl bir qoxusu var. Hamiləliyin sonlarına doğru mekoniumun qarışmasına bağlı olaraq rəngi tünd sarı, qəhvəyi və yaşıl ola bilər.
Miqdarı nə qədər olmalıdır?
• Hamiləlik inkişaf etdikcə mayenin miqdarı artır. 12-ci həftədən etibarən döl sidiyini ifraz etdiyinə görə maye artır. 12-ci həftədə 50 ml, 20-ci həftədə 400 ml, doğuma yaxın 1000 ml-ə yaxın olur.
Funksiyaları hansılardır?
• Dölün amnion kisəsinin içərisində rahat hərəkət etməsini təmin edən dölyanı mayedir və əzələ-sümük sistemini inkişaf etdirir.
• Bədən temperaturunun sabit qalmasını təmin edir.
• Ağciyərlərin inkişafını təmin edir. Ananın qarnında döl amnion mayeni udur və bunun sayəsində udma refleksi və ağciyərlər inkişaf etmiş olur.
• Dölü xaricdən gələn zərbədən qoruyur.
• Amniotik membranın körpəyə yapışmasının qarşısını alır.
Nərmin Həsənli
Mama-ginekoloq
Fikriniz
0
0