Dizartriya nitqin tələffüz tərəfinin və ni...
Bir zamanlar yaşadığı yerdə tənhalıqdan təngə gələn bir fil böyük bir meşəyə yollanır. Bu meşə onun üçün yeni bir yer idi və o, həm buranı kəşf etmək həm də özünə dost tapmaq istəyirdi.
O, ağacın budağında yellənən bir meymun
gördü və ona yaxınlaşıb dedi: “Salam, meymun! Mənim dostum olmaq istərdinmi?”
Meymun dedi: "Sən mənim kimi yellənmək üçün çox böyüksən, ona görə də sənin dostun ola bilmərəm".
Fil daha sonra öz yuvasının qarşısında qaçan bir dovşan gördü. Sakitcə dovşanın yanına gedib eyni sualı verdi.
Dovşan dedi: “Sən mənim yuvama sığmayacaq qədər böyüksən, ona görə dəsənin dostun ola bilmərəm”.
Fil bu cavablardan məyus olsa da ümidini itirmədi. Gölməçədə tullanan qurbağanın yanına getdi və eyni sualı verdi.
Qurbağa cavab verdi: "Sən mənim qədər yüksəyə tullana bilməyəcək qədər ağırsan, ona görə də sənin dostun ola bilmərəm".
Fil heç kəsin dostluq təklifini qəbul etmədiyi üçün çox kədərləndi.
Günlərin birində fil, bütün heyvanların meşənin dərinliklərinə doğru qaçdığını gördü və ayıdan bu təlaşın səbəbini soruşdu.
Ayı dedi: “Aslan hər kəsə hücum edir, heyvanlar da özlərini xilas etmək üçün aslandan qaçırlar”.
Fil bu sözləri eşitdi və dərhal aslanın yanına gedib dedi: “Xahiş edirəm, bu günahsız heyvanları incitməyin, onları rahat buraxın”. Aslan onun bu sözlərinə gülərək, fildən kənara çəkilməsini istədi. Fil aslanın bu hərəkətindən hirsləndi və onu yüksək səslə tənbeh etdi. Aslan filin bu hərəkətindən qorxub kənara çəkildi. Digər heyvanlar gizləndikləri yerlərdən yavaş-yavaş çıxdılar və aslanın məğlubiyyətinə sevinməyə başladılar.
Onlar filin yanına gedib dedilər: “Sən bizim dostumuz olmaq üçün uyğun boydasan!Bizimlə dost olmaq istərdinmi?”
SON!
Hekayədən alınan dərs:
İnsanın xarici görünüşü onun dəyərini müəyyən etmir.
Fikriniz
0
0