Bacı-qardaş qısqanclığı zamanı nələr edilməli?

İnsan münasibətlərində tez-tez rast gəlinən qısqanclıq hissi balanslı olduğu müddət ərzində həyatda olması lazım olan bir hissdir. Ancaq normal həddi aşan və əsas tətikləyici faktoru itirmə qorxusu olan qısqanclıq uşaqların həm özlərini qəbul etmələrinə,həm də ətrafdakı insanlarla balanslı münasibət qurmasına maneolur. 

Bacı-qardaş qısqanclığının öhdəsindən bunları edərək gələ bilərsiniz:

• Ailə birliyini önəmsəyin. Ailə olaraq birlikdə vaxt keçirmək bacı-qardaşlar arasında münasibətləri gücləndirir. Birgə fəaliyyətlə məşğul olmaq hər bir uşağa ailədə dəyərli və xüsusi olduğunu hiss etdirir.

• Hər bir uşağın xüsusiyyətlərinə diqqət yetirin. Hər bir uşağın özünəməxsus qabiliyyətləri, maraqları və şəxsiyyət xüsusiyyətləri var. Bu xüsusiyyətləri dəstəkləməklə, hər bir uşağın özünə inamını təmin edə və qısqanclıq hisslərini azalda bilərsiniz.

• Emosiyalarını ifadə edin və mənfi davranışları dəyişdirin. Övladınızı dinləyin və onun hisslərini anlamağa çalışın, onun bacısına (qardaşına) qarşı qısqanclıq və ya mənfi davranışını görsəniz, övladınızın hislərini tanıyın və müsbət davranışa təşviq edin. Məsələn, qısqanclıq əvəzinə bacısıyla (qardaşıyla) birlikdə fəaliyyətdə olmasını, oyun oynamasını dəstəkləyin.

• Aktiv dinləmə və empatiya. Uşaqlarınız arasında rəqabəti həll etmək üçün fəal dinləyici olun. Onların hisslərini anlayın və empatiya qurun. Onlara bacısının (qardaşının) hisslərini anlamağa və paylaşmağa kömək edin. Bədən dilindən istifadə edərək onlara qulaq asdığınızı və başa düşdüyünüzü göstərin.

Bacı-qardaş qısqanclığı sağlam və doğru formada idarə edildikdə, uşaqların emosional inkişafına töhfə verir və onların ailədaxili münasibətlərini gücləndirir. 

 

Anara Quliyeva

Klinik psixoloq