Afaziya

Afaziya beyin qanaması və ya infarkt kimi pozulmalar nəticəsində beynin nitq hissəsinin zədələnməsidir. Beyinin nitq bölgüsünə bu zərər bir çox ünsiyyət problemləri, o cümlədən, danışmaqda çətinlik yaradır. Beyinin nitq bölgəsinin zədələnməsi nəticəsində aşağıdakı əlamətləri görmək olar:

➢ danışmaqda çətinlik;

➢ ad çəkmək və ya yadda saxlamaqda çətinlik;

➢ anlamaqda çətinlik;

➢ oxumaq və yazmaqda çətinlik;

➢ danışıqda qəribə və yersiz sözlərdən istifadə.

Xəstəliyin beyində yerləşməsinə və yayılma nöqtələrinə görə müxtəlif növləri var. Afaziya xəstəliyinin ən geniş yayılmış növləri aşağıdakılardır;

➢ Brokanın Afaziyası: xəstəlikdən əziyyət çəkən şəxs danışmaq üçün müvafiq sözü seçə bilmir və düzgün cavab verə bilmir, eyni zamanda anlamaqda heç bir problem yoxdur.

➢ Qlobal Afaziya:  bu tip afaziyada beyin ünsiyyət üçün lazım olan bütün funksiyaları itirir, bütün bacarıq sahələri zədələnir.

➢ Venike Afaziya: görmə və eşitmə bacarığının zədələnməsi nitqdə problemlər yaradır. Nəticədə, nitqin zəifləməsi baş verir.

➢ Anomik Afaziya: ünsiyyətdə heç bir problem yoxdur. Qavrayış aydın və nitq rəvan ola bilər. Lakin obyektlərin adlarını çəkmək və sözləri yadda saxlamaqda çətinlik var. Yazılı və şifahi ünsiyyətdə çətinlik yarana bilər.

➢ Transkortikal Afaziya: bu cür dərketmədə ciddi problemlər yaranır. Xəstələr onlara deyilənləri başa düşə bilmirlər.

 

Bəhram Ələkbərov

Defektoloq-loqoped