Normal sidik ifrazına nəzarət edilməsi adətən 3...
Normal sidik ifrazına nəzarət edilməsi adətən 3-4 yaşa qədər qazanılır, formalaşır. 5 yaşdan yuxarı uşaqda sidiyə nəzarətin olmaması enurez adlanır. Bu, uşaq yatarkən (yatağını islatma) baş verdikdə, buna yuxu enurezi (və ya gecə enurezi) deyilir.
Enurezlə tez-tez qarşılaşılırmı?
Hər 100 sağlam uşaqdan təxminən 15-20-si 5 yaşında yatarkən hələ də yatağını isladır, təxminən uşaqların 5-10%-i isə 10 yaşında yatarkən hələ də yatağını isladır.
Enurezə nə səbəb olur?
Bir çox nəzəriyyə olsa da, enurezin dəqiq etiologiyası məlum deyil. Bəzi uşaqlarda yuxu enurezi qüvvətli ailə anamnezi ilə bağlantılıdır. Uşaqların az bir faizində sidik yollarında anatomik anormallıq var ki, bu da sidik kisəsinin zəif nəzarətinə səbəb ola bilər.
Uşağım üçün həkimə müraciət etməliyəmmi?
Enurezi olan bütün uşaqlar fiziki müayinədən və sidik analizindən keçməlidirlər. Əgər testlər tamamilə normaldırsa və uşaqda sidik yollarının infeksiyası yoxdursa, adətən əlavə müayinələrə ehtiyac yoxdur.
Uşağımın ciddi fiziki problemi varmı?
Enuretik uşaqların yalnız kiçik bir hissəsində sidik kisəsi və ya böyrəklərdə fiziki problem olur. Bu uşaqlarda çox zaman sidik yollarının infeksiyası və ya sidik kisəsi ilə bağlı problemlər olur. Sadəcə yatarkən yatağı isladan və gün ərzində normal sidiyə çıxan uşaqlarda nadir hallarda fiziki problemlər aşkar edilir.
Uşağımın rentgen müayinəsinə ehtiyacı varmı?
Böyrək və sidik kisəsinin rentgenoqrafiyası çox hallarda lazımsızdır və adətən gecə-gündüz yatağı islatma və sidik yollarının infeksiyası tarixçəsi olduqda aparılır.
Uşağımın emosional problemi varmı?
Emosional stress nadir hallarda enurezin səbəbi olur. Emosional problemləri olan uşaqlar adətən 6 aydan 1 ilə qədər və ya daha uzun müddət ərzində normal sidik nəzarətini saxlamış, sonradan nəzarəti itirmiş və yenidən islanmağa başlamış olurlar (ikincili enurez adlanan vəziyyət). Bu cür uşaqların həyatında tez-tez müəyyən edilə bilən stress amilləri (köçmə, məktəb dəyişikliyi, ölüm, boşanma və ya yeni bacı-qardaşların doğulması kimi) olur.
Uşağın heç vaxt normal sidik nəzarəti olmayıbsa (birincili enurez adlanır), bunun psixoloji problemlə bağlı olması gözlənilmir. Enurezli uşaqlar tez-tez utanc, günahkarlıq və məyusluq hiss edirlər ki, bu da sonradan emosional problemlərin inkişafına səbəb ola bilər; bunlar enurezin səbəbi deyil, islanmanın nəticəsində sonradan ortaya çıxan problemlərdir. Bu uşaqlara müvafiq dəstək və anlayış göstərməklə bu problemlər minimuma endirilə bilər.
Problemi həll etmək üçün uşağımın müalicəyə ehtiyacı varmı?
Demək olar ki, bütün uşaqlar öz-özünə yatağı islatmağı dayandırırlar. Təəssüf ki, heç kim uşağınızın bu nöqtəyə çatmasının nə qədər vaxt aparacağını sizə deyə bilməz. Uşaqların təxminən 20%-i hər il müalicə olunmadan yatağı islatmağı dayandırır. Buna görə də, əksər hallarda heç bir müalicə tələb olunmur.
Uşağın müalicəsi ilə bağlı qərar ailə, xəstə və həkim tərəfindən birgə qəbul edilməlidir. Ümumiyyətlə, müalicə nisbətən böyük uşaqlar, ikincili emosional problemləri olanlar və enurezin müalicəsi 100% uğurlu olduğu bilinən daha ağır uşaqlar üçün nəzərdə tutulur.
Hansı müalicə üsulları mövcuddur?
Müalicəni iki əsas kateqoriyaya bölmək olar: davranış və farmakoloji müalicələr. Bir çox araşdırmada hər iki müalicə növünün təsirli olduğu göstərilmişdir.
Davranış terapiyaları
Davranış modifikasiyası proqramları adətən sidik kisəsi məşqləri, yataq siqnalı sistemi daxil olmaqla müxtəlif komponentlərin müxtəlif birləşmələrindən ibarətdir. Əksər proqramlar enurez siqnalından istifadə edir və bu üsul nisbətən əmək tələb edir. Bu proqram xəstə və ailənin yüksək motivasiyalı və iştirak etmək istəyi olduqda ən təsirli olur.
Farmakoterapiya
Hal-hazırda enurezin müalicəsi üçün bir neçə dərman mövcuddur. Buna müalicə həkimi dəyərləndirmələrdən sonra qərar verib başlaya bilər.
Ailələr enüretik uşaqları üçün nə edə bilər?
Mühüm olan ilk addım, uşağı enurezin adətən müvəqqəti və çox yaygın olduğuna inandırmaqdır. Bu, uşağın emosional problemlərini minimuma endirməyə kömək edəcəkdir. Valideynlərin anlaması da vacibdir ki, yataq islatma adətən zamanla azalsa da, enurez nəticəsində yaranan emosional problemlər illərlə davam edə bilər. Kömək edə biləcək digər sadə addımlar:
Pediatr
Şəbnəm Bağırlı
Fikriniz
0
0