Peyvənd əleyhinə olan ailələrin irəli sürd...
Uşaqlarda nitqin inkişafdan geri qalmasının ağır hallarından biri də alaliyadır. Alaliya erkən uşaqlıq çağlarında nitqin inkişafdan geri qalmasıdır. Alaliya (a-latınca inkar deməkdir və lalio–nitq, danışmaq, nitqin olmaması kimi tərcümə olunur). Mərkəzi sinir sisteminin zədələnməsi nəticəsində yaranır. Bir çox hallarda alaliyanın yaranma səbəbi doğuş zədələri, həmçinin 1,5 yaşına qədər uşaqlarda baş beyin qabığının nitq sahələrinin zədələnməsinə gətirib çıxaran baş beynin zədələnməsi xəstəliyi ola bilər. Nitq mərkəzlərinin zədələnməsindən asılı olaraq nitqin inkişaf etməməsi başqasının nitqinin başa düşülməsi ilə xarakterizə olunan motor alaliya və nitqin qavranılmasının pozulması ilə səciyyələnən sensor alaliyaya ayrılır.
Alaliya bütün nitq komponentlərinin, yəni fonetik–fonematik, leksik, qrammatik quruluşu pozulan nitqin sistemli geriliyidir. Alaliyalı uşaqlarda nitq tamamilə inkişaf etmir, yaxud kobud pozuntularla inkişaf edir. Sensor alaliyada uşaqlar başqasının nitqini pis başa düşür, qavramırlar, özü də nitqdəki səsləri ayırd edə bilmirlər, insan nə isə deyir, lakin nə deyildiyini başa düşmürlər. Biz bilmədiyimiz xarici dildə eşitdiyimiz danışığı başa düşə bilmədiyimiz kimi. Motor alaliya zamanı uşaq dili qavraya bilmir (onun səslərini, sözlərini, qrammatikasını). Motor və sensor alaliyanın əlamətləri uzlaşan nitq qüsuruna sensor-motor alaliya deyilir.
Loqopedik iş zamanı alaliyalı uşaq qrammatik qaydaların, yazı, oxu qaydalarına yiyələnməli deyil, nitq fəaliyyətinin pozulmuş kanallarının əvəzinə, mövcud olanları işlətməli və ikiqat, üçqat artıq yükü icra etməlidir. Bunun üçün nitqdən əvvəlki vərdişlərə tez-tez müraciət etmək lazımdır. Bu əsasən jestlər, ritmik hərəkətlər, rəsm çəkmə, müxtəlif səslərə bənzətmələrdir. Belə uşaqlarda selikaxma olur. İflic zamanı müxtəlif əzələlər bu və ya digər dərəcədə zədələnir, dodaq və dil hərəkətlərində əziyyət çəkirlər. Uşağın nitq inkişafı 2-4, bəzən isə 5 yaşına qədər inkişaf etmir. Sonrakı dövrdə onların lüğət ehtiyatı artır və normal səviyyəyə çatır. Nitqin bu cür ağır pozulması onun ümumi inkişafına da təsir göstərir. Onlar utancaq, az ünsiyyətli, qətiyyətsiz, passiv olurlar. Tələffüzdə dönüş yaransa da uşağın sonrakı dövründə, yenə də gerilik hiss olunur, nəinki səs tələffüzündə deformasiya olur, hətta nitqin səs komponentlərində də özünü büruzə verir: tempində, ritmində, informasiyasında. Artikulyasiyanın pozulması hansı qrup əzələlərindaha çox zədələnməsindən asılıdır. Bu cür xəstələrlə uzunmüddətli loqopedik iş aparılır. Fonematik, leksik, qrammatik quruluşun inkişafında mümkün olan dəyişikliklər əldə edilir, lakin bir çox hallarda belə xəstə uşaqlara göstərilən loqopedik kömək az effektli olur.
Alaliya-tibbi-psixoloji-pedaqoji problemdir. Müntəzəm dərman və fizioterapevtik müalicə, psixonevroloqlar tərəfindən kompleks şəklində aparıldıqda loqopedik iş səmərəli ola bilər.
Bəhram Ələkbərov
Defektoloq-loqoped
Fikriniz
0
0