Uşaqlarımıza oyuncaq alarkən nələrə diqqət etmə...
Öyrənmə çətinliyi fərdin danışma, oxuma, yazma, anlama və yahesablama kimi sahələrdə gözlənilən səviyyədən aşağı performansgöstərməsi ilə xarakterizə olunur. Lakin bu çətinliklər fərdin ümumiintellektinə təsir göstərmir.
Öyrənmə çətinliyi olan şəxslərin müalicəsi adətən təlimmərkəzlidir və dərman istifadəsi nadir hallarda tövsiyə olunur. Bununla belə, diqqət əskikliyi və hiperaktivlik pozuntusu (DƏHP) kimi komorbid vəziyyət varsa, dərmanlar bu simptomları idarə etməyəkömək edə bilər.
Xüsusi öyrənmə çətinliyi olan uşaqların ümumi davranışxüsusiyyətləri:
Məktəbəqədər dövrdə:
• Nitqdə geriləmə müşahidə oluna bilər.
• Oxşar hecalı sözlərdə səslər qarışdırılır (“su” əvəzinə “bu” kimi).
• Sağ və sol qarışdırılır.
• Əlifbanın hərf və səslərini öyrənməkdə çətinlik yaşanır.
• Zaman və istiqamət anlayışları bir-birinə qarışdırılır.
Məktəbli dövründə:
• Oxumaq gec və çətin öyrənilir.
• Yavaş və səhv oxunur.
• Riyaziyyatda çətinlik çəkilir.
• Vurma cədvəlinin öyrənilməsində çətinlik müşahidə olunur.
• Orfoqrafiya və durğu işarələrində səhvlərə yol verilir.
• d və b, p və b hərfləri qarışdırılır.
• Oxuyub başa düşmədə çətinlik var.
• Oxuyarkən hərflər tez-tez qarışdırılır (məsələn, “dağ” əvəzinə ”bağ”, “sal” əvəzinə “şal” və s.).
• Hərflərin sırası qarışıqdır: “qız” əvəzinə “zıq” və ya “ızq” və s.).
• Oxşar sözlər qarışdırılır (məsələn, “əncir” əvəzinə “zəncir”, “ən” əvəzinə “nə” və s.).
• Bəzi sözlər səhv yazılır, hecalar buraxılır, hecalar tərsdən oxunur, yazılır.
• Sətirlər arasında yazmaqda çətinlik yaşanır.
• Yazıda sözlər bir-birindən ya çox aralı və ya çox bitişik yazılır.
• Dairəvi və düz xətlərdən ibarət hərfləri yazmaqda çətinlik yaranır.
• Diqqətin yayınması və ya tez unutma müşahidə olunur.
• Gec və yavaş yazılır.
• Problem həll etmə bacarıqlarında gerilik müşahidə olunur.
• Cümlələri bitirməkdə çətinlik yaşanır, ümumiyyətlə qısacümlələrdən istifadə olunur.
• Abstrakt anlayışları qavramaqda çətinlik yaşanır.
• Analiz-sintez etməkdə çətinlik var.
• Vizual və eşitmə qavrayışında lənglik var.
• Hərəkət koordinasiya problemləri var.
Öyrənmə çətinliyi olan uşaq və gənclərin təhsili yalnız adi sinifproqramı və fərdi dərslər vasitəsilə həyata keçirilə bilməz. Diaqnozqoyulub dəyərləndirmə etdikdən sonra hazırlanan xüsusi təlimproqramı və psixoloji, pedaqoji yanaşma ilə terapiya keçirilə bilər. Psixoloji terapiya tətbiq olunmazsa, öyrənmə çətinliyi öz-özünədüzəlməyəcəkdir. Terapiyanın məqsədi; hər bir uşağın ehtiyaclarınauyğun öyrənmə təcrübəsi əldə etməsini təmin etməkdir.
Anara Quliyeva
Klinik psixoloq
Fikriniz
0
0