Normal sidik ifrazına nəzarət edilməsi adətən 3...
Su
Hamiləlik zamanı kifayət qədər su içmək zəruridir. Suyun miqdarı fiziki aktivlikdən və ətraf mühit şərtlərindən asılı olaraq dəyişə bilər, ancaq gün ərzində əsasən su olmaqla ən azı iki litr maye qəbul etmək tövsiyə olunur. Suyu yemək zamanı və yeməkdən sonra içmək olar. Kifayət qədər maye qəbulu uşağın vaxtından tez doğulma riskini azaldır. Hamiləlik zamanı sidiyin açıq rəngli olması da yaxşı göstəricidir.
Kalsium
Kalsium dölün inkişafı, sümük sistemi üçün lazımdır. Əsas kalsium mənbələri süd və süd məhsulları, balıq konservləri (sümükləri ilə birgə sardina), soyadır. Əlavə kalsium mənbələri isə badam, ağ kələm, gül kələm və s. hesab olunur.
Yod
Hamiləlikdən ən azı bir ay əvvəl və bütün hamiləlik boyu qadına 150-250 mikroqram yod qəbul etmək tövsiyə olunur. Həyatın bütün mərhələlərində yodun qəbulu sağlamlıq üçün faydalı bir elementdir. Yod tiroid vəzin düzgün işləməsi və hamiləlik boyu dölün beyninin normal inkişafı üçün lazimdır.
Əsas yod mənbələri: dəniz məhsulları, süd məhsulları (xüsusilə təbii süd), yumurta və yodlaşmış duz (1 q duzun tərkibində 30 mkq yodun olması şərtilə). Yod çatışmamazlığı tiroid vəzin funksiyasının azalmasına, endemik zoba, fiziki və əqli inkişafın ləngiməsinə səbəb ola bilər. Hamiləlik vaxtı yod çatışmamazlığı kretinizm xəstəliyinə (əqli inkişafın ləngiməsi) səbəb ola bilər. Hətta hamiləlik vaxtı kiçik yod çatışmazlığı uşağın məktəb yaşına qədər və sonrakı mərhələlərində sinir sisteminə təsir edə bilər.
D vitamini
Bütün hamiləlik dövründə və hamiləlikdən sonra qadına vitamin D qəbulu tövsiyə edilir. Gün ərzində D vitaminin miqdarı 200-400 beynəlxalq vahid qəbulu olmalıdır. Yağlı balıq (qızılbalıq, sardina), qırmızı ət, yumurta, süd məhsulları D vitamini mənbələridir.
D vitamini gen tənzimləyici rol oynayır. Hamiləlik vaxtı D vitamini çatışmazlığı immun sistemin zəifləməsinə səbəb ola bilər. D vitamininin metabolik rolu var və bağırsağlarda kalsiumun mənimsənilməsində də iştrak edir.
Fikriniz
0
0