Hemangioma

Hemangioma damar endotelindən inkişaf edən xoşxassəli törəmədir. 2-10% uşaqda rast gəlinir. Əsasən uşaqlar hemangioma ilə doğulurlar və ya bu, birinci ayda əmələ gəlir. Hemangioma bədənin müxtəlif yerlərində ola bilər. Tədqiqatlar göstərirki hemangiomanın hüceyrələri ciftin hüceyrələri ilə bənzərdir. Bu isə onu göstərir ki, cift hüceyrələri hamiləlik zamanı dölə miqrasiya edir və doğumdan sonra hemangioma şəklində özünü biruzə verir.  

Hemangiomalar üçün müəyyən inkişaf dinamikası xarakterdir. Uşaq doğulduqdan sonra ilk həftələrdə aktiv böyümə fazası başlayır və 5-6 aya (bəzən 9-12 aya) qədər davam edir. 2-ci dövr stabilləşmə dövrüdür (böyümə dayanır). 1 yaşdan sonra involyusiya dövrü başlayır (geriyə inkişaf). 

Dəri qatının dərinliyinə nüfuz etməsinə görə hemangiomalar 3 qrupa bölünür:

  • Səthi – yalnız dərinin səthində olur.

  • Dərin – dərialtına, dərialtı piy qatına, hətta daxili orqanlara nüfuz edir .

  • Kombinə olunmuş.

Müalicə üsulları :

  • B – adrenoblokatorlarla (propranolol atenolol)

  • Steroidlərlə müalicə (prednizolon) hemangiomanın böyüməsinin qarşısını alır.

  • Lazer üsulu (hemangiomaya qan təhciz edən damarı bağlayır).

  • Cərrahi müalicə 

  • Kriodestruksiya (maye azotla səthi hemangiomaların dondurulması)

  • Gözləmə taktikası

Propranololla müalicənin effektivliyi kliniki tədqiqatlar vasitəsilə sübut olunur. Belə ki, 2014-cü ildə aparılmış tədqiqata görə propranololun effektivliyi digər müalicə üsullarından daha yüksək olub – 95 %. Yalnız 20 % pasiyent müalicəyə zəif cavab verib. Beləliklə propranollol hemangiomaların müalicəsində seçim preparatı kimi təstiqini tapır.

 

Mənbə

  1. https://pubmed.ncbi.nlm.nih.gov