Körpələrin hərəkətləri başlanğıcda...
Atalar övladlarına qarşı nizam-intizamı təmin etməlidirlər. İlk növbədə ata öz duyğularını və bədən dilini, xüsusən də əllərini idarə etməlidir. Çünki övladlarına qışqıran, döyən, vuran və ya zərər verən atalar övladlarının davranışlarına nümunə yarada bilməzlər. Onlar özlərinə nəzarəti itirdikdə övladlarının hörmətini itirirlər. Uşaq özünü təhlükəsiz hiss etmək üçün sərhədlərə ehtiyac duyur. Uşağınızın istənməyən ifadələri və ya davranışları qarşısında fiziki və ya emosional zorakılığa əl atmadan, qərarlı və ardıcıl şəkildə sərhədlər qoymalısınız.
Qidalanmada da ataların böyük rolu vardır. Ataların digər mühüm rolu ev daxilində xarici dünyaya bələdçi olmaqdır. Məktəbəqədər yaş dövründə atanın uşağı xarici dünyaya hazırlamaq üçün fiziki oyunlar oynamağa təşviq etməsi, digər tərəfdən də uşağın muxtariyyət qazanması üçün kiçik addımlar atması vacibdir. Buna görə də atalar məktəbəqədər yaşlı uşaqlarına necə geyinməyi, evə gələn qonaqları necə qarşılamağı, gündəlik həyatda xəyal qırıqlığı ilə qarşılaşmağı öyrədə bilərlər. Atalar uşaqlarına ibtidai məktəbə başlayanda oxumağa həvəsləndirmək, onlara “pulu necə xərcləmək”, “idman” və “incəsənət” sahələrini öyrənmək kimi məsələlərdə kömək edə bilər və bu mövzularda öz məktəb təcrübələrini danışa bilərlər.
Atalar övladları ilə evdən kənarda birlikdə görəcəkləri fəaliyyətləri müəyyənləşdirməlidirlər. Sosial məsuliyyət layihələrində atanın övladını işinə dəvət etməsi də uşağın özünü dəyərli və təhlükəsiz hiss etməsinə səbəb olacaqdır. Atalar övladları ilə təhlükəsizlik vərdişləri haqqında da danışmalıdırlar.
Rövşən Nəcəfov
Klinik psixoloq, psixoterapevt
Fikriniz
0
0