Uşaq və yeniyətmələrdə obsessiv kompulsiv pozuntu

Obsessiya şəxsin istəyi və arzusundan kənar baş verən, gərginlik yaradan və beyindən uzaqlaşmayan bir sıra təkrarlanan düşüncələrdir. İnsan bu fikirləri beynindən uzaqlaşdırmaq üçün bir sıra istəkdən kənar davranışlar edə bilər, bu isə kompulsiyalar adlanır. Xalq arasında takıntı xəstəliyi olaraq da adlandırılır. Obsessiv Kompulsiv pozuntu ciddi narahatçılığa səbəb olan obsessiya və kompulsiyaların təklikdə deyil birlikdə olduğu bir psixi pozuntudur. Erkən uşaqlıq dövründə bir çox hərəkətin təkrarı təbii hal kimi qiymətləndirilir. Bu inkişafın və öyrənmənin bir xüsusiyyətidir. Məsələn, 2-3 yaşında bir uşaq oyuncağı ilə təkrar təkrar oynaya bilər. Kubikləri üst-üstə düzüb, dağıdıb yenidən düzməyə çalışar. Bəzi sözləri təkrar deyə bilər. Bunlar obsessiya və kompulsiya deyildir.

OKP adətən yetişkin yaş dövrünün xəstəliyi olaraq bilindiyindən, uşaqlarda rast gəlməmək kimi bir yalnış düşüncə vardır. Halbuki yetişkin yaş dövründə olan təkrarlanan davranışların bir çoxu uşaqlıq dövründən başlamışdır. Araşdırmalara əsasən yetişkin yaş dövründə OKP diaqnozu qoyulan şəxslərin böyük bir qismində xəstəliyin təxminən 5-15 yaşları arası başladığı müşahidə edilmişdir. Kiliniki olaraq isə hətta 3 yaş kimi çox kiçik yaş dövründə başladığı da müşahidə edilmişdir.

Psixi pozuntunun əsas simptomu beyində təkrarlanan düşüncələr və bu düşüncələri uzaqlaşdırmaq üçün edilən təkrar davranışlardan ibarətdir. Uşaq və yaxud gənc beyninə gələn lazımsız və özünə yad olan  düşüncələri beynindən tamamilə qovub çıxara bilməz.

Məsələn, uşağın beyninə anasının xəstə olub öləcəyi və yaxud özünün, atasının ölməyi kimi neqativ və narahat edən fikirlər gəlir, beynindən heç bir halda uzaqlaşdıra bilmədiyi bu fikirlər uşaqda dərin kədər və sıxıntı yaradır. Dini dəyərləri yüksək olan bir ailədə isə uşağın içindən təkrar-təkrar  Allaha pis sözlər demək gələ bilər. Hər dəfəsində sıxıntı və qorxu yaşayan uşaq ürəyində bağışlanmasını istəyər və yaxud içindən dualar edər. Düşüncələr təkrarlandıqca duaların da təkrarlanması bir növ uşaqda vərdişə çevrilər və davamlı dua oxumaqdan özünü saxlaya bilməz.

Təkrarlanan davranışların psixi pozuntu halında qiymətləndirilməsi üçün uşağın gündəlik həyatına mənfi istiqamətdə təsir etməyi lazımdır. Məsələn, uşaq təkrarlanan davranış və düşüncələrinin nəticəsində gündəlik işlərindən geri qalır. Ev tapşırığını yazmağa çalışan uşaq təmizlik takıntısı varsa bir sözü səhv yazdığı zaman sözdəki səhvi düzəltmək əvəzinə bütün səhifəni cırıb yenidən başdan səhvsiz yazmağa çalışacaq. Bu zaman səhifələri cırmaqdan heç cür ev tapşırıqlarını bitirə bilməyəcək. Əllərini çox uzun müddət yuyan bir uşaq yemək zamanı əllərini yumağa başladığından əl yumağı çox uzun müddət davam etdiyinə görə süfrəyə otura bilməyəcək. Təkrarlanan davranışlar

Uşağın ailəsi və dostları ilə münasibətlərini poza və sosial uyğunluğuna mənfi istiqamətdə təsir göstərə bilər.

Uşaqlarında OKP əlamətlərini hiss edən valideynlər, hərşeydən əvvəl uşaqlarınızı günahlandırıcı yanaşmalardan uzaqdurun. Uşaq təkrarlanan

Davranışların verdiyi narahatçılıq və sıxıntıları yaşadığı zaman bunun yanaşı ailə üzvlərinin verdiyi sərt reaksiyalar gərginliyi daha da artıraraq pozuntunun ağırlaşmasına səbəb ola bilər. OKP-nin müalicəsində Koqnitiv Davranış terapiyası və psixiatr tərəfindən təyin olunan dərmanlar istifadə olunur. Dərman müalicəsi ilə yanaşı Koqnitiv davranış terapiyası birlikdə daha yaxşı nəticələr verir.

 

Anara Quliyeva

Klinik psixoloq