Həftəlik izləmə

Gəlin hamiləliklə həftə-həftə tanış olaq. Bizim köməyimizlə siz hamiləlik vaxtı orqanizmdə baş verən dəyişikliklər və gələcəkdə sizi nələrin gözlədiyi haqqında məlumatlı olacaqsınız.

Sağlam hamiləlik

Qidalanma

Hamilə psixologiyası

Atanın dəstəyi

Həftəlik izləmə

Hamiləliyin həftələrə görə gedişatı

Qadının hamiləlik dövrü hər biri 3 ay olmaqla,3 dövrə bölünür. Bu dövrlər trimestrlər adlandırılır. 1-ci trimestr hamiləliyin 12-ci həftəsində, 2ci trimestr 24-cü həftəsində, 3-cü trimestr hamiləliyin 36-40 cı həftələrində başa çatır.

Hamiləlik zamanı bir neçə kritik dövr də ayırd edilir:

-hamiləliyin 2-3cü həftəsi

-hamiləliyin 8-12-ci həftəsi

-hamiləliyin 18-22-ci həftəsi

-hamiləliyin 28-32-ci həftəsi

Hamiləlik 280 gün, yəni 40 həftə davam edir(10 mamalıq ayı).

Gəlin hamiləliklə həftə-həftə tanış olaq. Bizim köməyimizlə siz hamiləlik vaxtı orqanizmdə baş verən dəyişikliklər və gələcəkdə sizi nələrin gözlədiyi haqqında məlumatlı olacaqsınız.

1-4-cü həftələr

Yumurtahüceyrə böyüyür və mayalanmadan öncə yumurtalıqda yetişir. Ovulyasiya nəticəsində yetişmiş yumurtahüceyrə yumurtalıqdan uşaqlıq borusuna fallop saçaqları vasitəsilə hərəkət edir. Ovulyasiya menstrual tsiklin ortasında baş verir.Yetkin yumurtahüceyrə və spermatazoidin mayalanmasindan sonra gələcək uşağın əsası qoyulur və inkişafı başlayır.

4-cü həftədə embrionun ölçüsü 2-4 mm təşkil edir. Bir qayda olaraq, qadın heç nə hiss etmir və hamiləliyin baş verməsindən xəbərsiz olur.

5-8-ci həftələr

Embrion böyüyür, hər dəqiqə milliona qədər yeni hüceyrə yaranır.7-ci həftənin sonuna yaxın 1 sm-ə qədər uzunluqda olur. 8-ci həftənin sonuna yaxın 1,5-2 sm uzunluğunda olur. Bu vaxt beyində sadə sinir yolları formalaşır. USM vasitəsilə CRL(büzdüm-təpə ölçüsü) 4sm-ə çatanda həkim dölün ürəkdöyünməsini görə bilər.

9-12-ci həftələr

Gələcək balamizi hamiləliyin əvvəlindən embrion deyə adlandırırıq, yalnız 9-cu həftədən bu termin istifadə olunmur.Döl getdikcə insanın kiçildilmiş modelinə bənzəyir,artıq 11-12 həftəsində ürəyi 4 kameradan ibarət olur,digər daxili orqanlar formalaşır.Gələcək anada bu vaxta artıq toksikoz,yorğunluq bitir,artıq stabil pozitiv əhval-ruhiyyə yaranır.

13-16-cı həftələr

İkinci trimestr 14-cü həftədən başlayır. Bu zaman döldə yaranmağa başlayır.16-cı həftəyə qədər 16sm-ə qədər böyüyür,əzələ və sinir sistemi kifayət qədər inkişaf edir,gözləri işıq qıcıqlandırıcılarına qarşı həssas olur,üz əzələlərinin ilk yığılmaları başlayır.

17-20-ci həftələr

Balaca bətndaxili böyüyür və inkişaf edir.20-ci həftənin sonuna yaxın dərisi şəffaflığı azalır.Bu da öz növbəsində,dərialtı piy qatının artmasıyla əlaqədardır. Beynin hərəki neyronları yetərincə inkişaf edib,bu da əlinin baş barmağını ağzına salmaq kimi hərəkətləri etməyə imkan verir.

21-24-cü həftələr

21-ci həftədən iy və dad orqanlarının reseptorları formalaşır. Balamızın dili və dad resptorları fəaliyyətə başlayır və beyin taktil hissiyyatı isləyib hazırlayır. 22-ci həftənin sonunda uzunluğu 25 sm,çəkisi 400-500 qr təşkil edir. Daha sonra sinir sisteminin və beynin formalaşmağı gedir.

25-28-ci həftələr

Bu zaman aktiv böyümə periodu başlayır. 20-ci həftədən 30-cu həftəyə qədər çəkisi iki dəfə artır,1-1.5 kq təşkil edir. Göz qapaqları 28-ci həftəyə qədər bağlı olur,qişaların yaranmağını təmin edir.Bu həftələrdə balaca dadları seçir,səsləri eşidir. Bu zaman onun hər toxunuşa və musiqiyə reaksiyasını qeyd etmək olar. Sinir sistemi və beynin inkişafı ən sürətli inkişaf mərhələsində olur.

29-32-ci həftələr

Hamilə 3-cü trimestrdə olduğunu anlayır.Balacanın orqanları inkişaf edir,dəriltı piy qatı qalınlaşır.32-ci həftədə uzunluğu təxminən 40 sm,çəkisi 2 kq a qədər olur.Balaca tənəffüs əzələlərini məşq eləməyə baçlayır,çox hərəkət edir,bəzən hıçqırır,öz tənəffüsünü mükəmməlləşdirir.

33-36-cı həftələr

36-cı həftə boyunun 48sm, çəkisinin 2.4-2.8 kq olmağı ilə tamamlanır. Daha sonra çəkisi hər həftəyə 200 qr artacaq. Dərialtı piy təbəqəsi hesabına üz cizgiləri yumrulanır,üz əzələləri əmmə aktı üçün hazırdır. Daha çox USM zamanı balacanın yumruğunu ağzına doğru aparmağını və barmağını əmməyini müşahidə eləmək olar.

37-40-cı həftələr

Orta hesabla 40 həftədə boyu 51-53 sm, çəkisi 3-4kq təşkil edir. Balaca bətndaxili hərəkətini əllərini və ayaqlarını aktiv istifadə etməklə davam etdirir. Tutma bacarıqları formalaşır, udmaq və göz qirpmağa malik olurlar, ayaqlarını çəkib, başlarını döndərə bilirlər. Gələcək analar yuxu və ayıqlıq zamanını asanlıqla hiss edə bilirlər. Əmmə refleksi maksimal inkişaf dərəcəsində olur. Uşaq yeni dünyaya göz açmağa və həyatının yeni səhifəsini yaşamağa tam hazırdır.

İltimas Bayaramova

Hamısı